Ana Sayfa > Ölkə > Azərbaycanda general-mayorun həbs müddəti yenidən uzadıldı
Azərbaycanda general-mayorun həbs müddəti yenidən uzadıldı23-06-2023, 10:28. Yazar: sevinc1 |
Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddəti yenidən uzadılıb. “Report”un əldə etdiyi xəbərə görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub. Qərara əsasən, T.Həsənovun həbs müddəti daha 2 ay artırılıb. Qeyd edək ki, general-mayor T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir. Geri dön |