Ana Sayfa > Gündəm > Bütün bölgələrimizə örnək ola biləcək Naxçıvan...

Bütün bölgələrimizə örnək ola biləcək Naxçıvan...


2-08-2016, 14:25. Yazar: admin


Bu gün Naxçıvanın başqa bölgələrə nümunə ola biləcək qədər bir uğurunun təməl daşı 1990-cı illərin əvvəllərində ULU ÖNDƏR Heydər Əliyev Ali Məclisə Rəhbərlik etdiyi dövrdə qoyulmuşdu. O dövrdə blokada şəraitində olan Naxçıvana nəfəslik qədər zəruri olan bir yolun - Araz çayı üzərindən Türküyə ilə Naxçıvanı birləşdirən “Ümid körpüsü”nün salınması bölgənin sosial-iqtisadi həyatı üçün inqilabı bir addım idi. Naxçıvana diqqət ULU ÖNDƏR Azərbaycan rəhbərliyinə gəldikdən sonra da eyni qaydada davam etdirildi. Prezident İlham Əliyev Naxçıvanın sosial- iqtisadi inkişafına xüsusi diqqət yetirir. Əldə olunan uğurlar eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbovun əvəzsiz xidmətləri nəticəsində mümkün ola bilmişdi. İndi bu diyara gələn hər kəs ona sadəcə heyran olur. Təyyarənin pilləkənlərindən enib torpağa ayaq basdığın andan, özünü dünyanın ən gözəl, ən səliqəli bir guşəsində hiss edirsən. Həmən hisslər sözlə ötürülmür, onları sadəcə gözlə görmək lazımdır. Bu gün Naxçıvan təkcə zahirən gözəl deyil, o sosial iqtisadi inkişaf baxımından da zahiri gözəlliyi qədər uzaqlara gedib çıxa bilib. Bir qədər faktların, rəqəmlərin dili ilə danışaq. Son on il ərzində Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsul 8,2 dəfə, sənaye məhsulu istehsalı 22,3 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 7,6 dəfə, pərakəndə əmtəə dövriyyəsi 8,6 dəfə, xarici ticarət dövriyyəsi 9,6 dəfə, bütün mənbəələr hesabına investisiya qoyuluşu üç yüz dəfədən çox arta bilmişdi. 2015-ci ildə Muxtar Respublikanın 56 xarici ölkə ilə ticarət əlaqələri olub və il ərzində xarici dövlətlərlə 512,4 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb, daha doğrusu bu müddət ərzində 414, 4 milyon min ABŞ dolları dəyərində mal ixrac olunub, 97,9 milyon ABŞ dolları dəyərində mal isə idxal edilib. İdxal-ixrac əməliyyatları üzrə müsbət saldo 316,5 milyon ABŞ dolları təşkil edib. 2014-cü illə müqayisədə 2015-ci ildə ixrac əməliyyatlarının həcmi 1,4 faiz artıb, idxal əməliyyatlarının həcmi isə 10 faiz azalıb ki, bunu da müsbət hal kimi dəyərləndirmək lazımdır.

Naxçıvanın əsas ixrac məhsullarına məşhur mineral sular, təbii duz, vafli məmulatları, çay, emal olunmuş ət və meyvə məhsulları, qazlı aromatlaşdırılmış içkilər, spirtli içkilər, meyvə şirələri, yüksəkkeyfiyyətli tikinti materialları, o cümlədən Naxçıvan sementi, gips və daş məmulatları, xam dəri, plastik və metal məmulatlar, mebel, metal örtüklər, panel radiatorlar, karbon qazı və digər çox sayda məhsullar aiddir. 2015-ci ildə Muxtar Respublikada istehsal olunan sement, travertin daş məmulatları, meyvə şirələri, vafli məmulatları Gürcüstana, yarımfabrikat dəri, mineral sular Türkiyə, İran və MDB ölkələrinə, NAZ-Lifan

avtomobilləri Belarusa ixrac olunmuşdur. Bütövlükdə isə xarici ticarət dövriyyəsində 2005-ci ildə mövcud olmuş 48,2 milyon ABŞ dolları məbləğində mənfi saldo, 2015-ci ildə 316,5 milyon dollar müsbət saldoya çevrilmişdi. İqtisadiyyat sahəsində əldə olunan bu uğurlar sosial sferanın da sürətli inkişafına ciddi təkan verə bilmişdi. 2005-2015-ci illəri əhatə edən dövr ərzində Naxçıvan Muxtar Respublikasında 356 elm və təhsil ocağı, 421 mədəniyyət obyekti, 253 səhiyyə obyekti, 536 inzibatı bina, 44 idman obyekti, ümumi sayı 1740-dan çox olan mənzil-komunal obyektlər, nasos stansiyaları və subartezan quyuları, 162 körpü, əlil, məcburi köçkün, qaçqın və şəhid ailələri üçün 501 mənzil, 6400 istehsal, xidmət və digər infrastruktur obyektləri istifadəyə verilmişdi. Bu gün Nazçıvanın ən ucqar kəndlərinə belə müasir tələblərə cavab verən səviyyədə avtomobil yolları, rabitə xətləri çəkilib, bölgənin qaz, işıq, su təminatında heç bir problem yoxdur. Bakı – Tibilisi – Qars dəmir yolunun bu ilin sonunda istifadəyə verilməsi isə Naxçıvanın bundan sonrakı inkişafına daha ciddi bir töhvə olacaqdır.

Əldə etdiyi bu uğurlarla Naxçıvan bu gün bütün bölgələrimiz üçün bir nümunədir.

Fikrət Yusifov

İqtisad elmləri doktoru, professor

Geri dön