Ana Sayfa > İqtisadiyyat > Mərkəzi Bank uçot dərəcəsi barədə qərarını AÇIQLADI

Mərkəzi Bank uçot dərəcəsi barədə qərarını AÇIQLADI


21-06-2023, 11:09. Yazar: sevinc1
Mərkəzi Bank uçot dərəcəsi barədə qərarını AÇIQLADI

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu barədə AMB xəbər yayıb.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 7,5%, yuxarı həddi isə 10% olmaqla dəyişdirilmədən saxlanılıb.

“Bu qərar makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul edilib”, - deyə AMB bəyan edib.

AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 26-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.
Geri dön