Ana Sayfa > Özəl > İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Gəncədə

İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Gəncədə


20-06-2023, 23:28. Yazar: sevinc1
İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Gəncədə

İsrailin Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Doron Peer Gəncə şəhərinə səfər edib.

aia.az xəbər verir ki, səfər çərçivəsində israilli diplomat Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Qonağı səmimi salamlayan icra başçısı bildirib ki, Gəncə Azərbaycanın ikinci böyük şəhəri olaraq, ölkənin elmi və mədəni həyatında, həmçinin iqtisadi inkişafında xüsusi yerə malikdir. Şəhərdə AMEA-nın yerli bölməsi, 3 ali, 2 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Həmçinin şəhərdə çoxlu sayda tarixi abidələr, müzeylər, müasir mədəniyyət ocaqları və istirahət parkları mövcuddur.

Gəncədə müxtəlif xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin də yaşadığını qeyd edən N.Bayramov Yəhudi İcmasının Azərbaycanda ən fəal icmalardan biri olduğunu vurğulayıb. Şəhər rəhbəri yəhudilərin digər xalqlarla birgə dostluq və qardaşlıq şəraitində yaşadığını, öz dini bayramlarını, milli adət-ənənələrini qoyurub saxladığını diqqətə çatdırıb.
Şəhərdə “Azəralüminium” MMC, “Gəncə Avtomobil zavodu” İstehsalat Birliyi, “Gəncə Şərab – 2” və digər iri müəssisələrin fəaliyyət göstərdiyi, bu müəssisələrin Gəncənin və ölkənin iqtisadi potensialının inkişafında böyük rol oynadığı qeyd olunub.
Səmimi qəbul və ətraflı məlumat üçün Niyazi Bayramova təşəkkürünü bildirən Doron Peer səfər çərçivəsində Gəncənin bir sıra müəssisələrini ziyarət edəcəyini, Azərbaycan Dövlət Aqrar Universitetində görüşlər keçirəcəyini, tələbə mübadiləsi proqramı üzərində müzakirələr aparılacağını qeyd edib. İsrailli diplomat Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna və  “Gəncə Şərab – 2” ASC-yə baş çəkəciyini deyib.
Görüşdə Azərbaycan-İsrail münasibətlərindən söz açılıb, ikitərəfli mümkün iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.

Azər Tağızadə
Geri dön