Ana Sayfa > Şou-biznes / Manşet / Karusel > Terroçuların tutulmasına kömək edənlərə mükafat veriləcək

Terroçuların tutulmasına kömək edənlərə mükafat veriləcək


31-08-2015, 13:38. Yazar: admin


Türkiyədə terrorçuların və ağır cinayətkarların tutulmasına kömək edən şəxslərə dövlət tərəfindən yüksək məbləğdə mükafat veriləcək.

Türkiyədə bununla bağlı qanuna əlavə və dəyişiklik edilib. Yeni qərara görə, Türkiyədə hər hansı terrorçunun tutulmasına kömək edən hər bir adama dövlət tərəfindən 200 min lirəyə qədər pul mükafatı veriləcək.

Hər bir mükafatın məbləğini isə Qiymətləndirmə Komissiyası müəyyən edəcək.

Bundan əlavə, Qəndildəki PKK və digər terror təşkilatı liderlərinin tutulmasına kömək edəcək şəxslərə isə 4 milyon lirə mükafat veriləcək.
Yeni qərar təkcə Türkiyə deyil, xarici ölkə vətəndaşlarına da şamil edilir.Publika.az
Geri dön