Ana Sayfa > Gündəm > Hidrometeorologiya Xidmətində aparılan yoxlamaların müddəti növbəti dəfə uzadıldı

Hidrometeorologiya Xidmətində aparılan yoxlamaların müddəti növbəti dəfə uzadıldı


20-06-2023, 10:37. Yazar: sevinc1
Hidrometeorologiya Xidmətində aparılan yoxlamaların müddəti növbəti dəfə uzadıldı

Maliyyə Nazirliyi Ekologiya və Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətində aprel ayında başlatdığı 1 aylıq yoxlamaların vaxtını yenidən uzadıb.

Bu barədə Pravda.az-a Maliyyə Nazirliyindəki etibarlı mənbədən daxil olan məlumatda bildirilib ki, Hidrometeorologiya Xidmətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin hesabatlılığı, quruma ayrılan vəsait hesabına alınan materiallar, ləvazimatlar, təchizat işlərinə xərclənən maliyyə və s. ciddi yoxlanılır.

Artıq 3-cü aya keçən yoxlamaların nə vaxt yekunlaşacağı isə məlum deyil.
Geri dön