Ana Sayfa > Seçki 2024 > Bakıda sexdə yanğın olub, ikisi uşaq olmaqla üç nəfər xəsarət alıb

Bakıda sexdə yanğın olub, ikisi uşaq olmaqla üç nəfər xəsarət alıb


20-06-2023, 09:50. Yazar: sevinc1
Bakıda sexdə yanğın olub, ikisi uşaq olmaqla üç nəfər xəsarət alıb

Bakıda təmir sexində yanğın baş verib.

APA xəbər verir ki, Sabunçu rayonu ərazisində 1983-cü il təvəllüdlü Kamal Vəliyev müştərisi Bünyamin Şükürova məxsus “Mercedes-Benz” markalı avtomobilin yanacaq çənində təmir aparan zaman yanğın baş verib.

Nəticədə Kamal Vəliyev, onun övladı, 2015-ci il təvəllüdlü Mövlüd Vəliyev və Bünyamin Şükürovun 2013-cü il təvəllüdlü oğlu Sərdar Şükürov əl və üz nahiyələrindən yanıq xəsarəti alıblar.

Faktla bağlı araşdırma aparılır.
Geri dön