Ana Sayfa > Özəl > Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir
Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir19-06-2023, 17:29. Yazar: sevinc1 |
Azərbaycan və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Müşahidə edilən odur ki, Azərbaycan-Pakistan münasibətlərinin yüksələn xətlə inkişafına həm dövlətlər səviyyəsində qətiyyətli siyasi iradə nümayiş etdirilir, həm də buna cəmiyyətlərimizin böyük istəyi var. Prezident İlham Əliyevin mətbuata verdiyi Bəyanatında bildirdiyi kimi, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Məhəmməd Şahbaz Şərif isə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən bəhs edərkən “Pakistan və Azərbaycan iki qardaş xalqdır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və ehtiram üzərində qurulub”, - deyə bildirib. Ənənəyə uyğun olaraq Pakistan İslam Respublikasının rəsmisi bu dəfə də Bakıda əziz qonaq kimi qarşılanıb. Prezident İlham Əliyev Baş nazirin ölkəmizə səfərindən məmnunluq ifadə edib: “Mən çox şadam ki, əziz Qardaşım Azərbaycanda səfərdədir. Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir. Bizim Baş nazirlə təmaslarımız müntəzəmdir. Biz ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşmüşük. Mən minnətdaram ki, cənab Baş nazir dəvətimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib”. Dost Pakistan İslam Respublikasının Baş nazirinin özü də Azərbaycanda əziz, həmişə gözlənilən qonaq kimi qarşılanmasından və paytaxt Bakıda gördüklərindən vəcdə gəldiyini gizlətməyib. O, ölkəmizin, Bakının inkişafının, ilk andan müşahidə etdiyi müsbət dəyişikliklərin onu sözün yaxşı mənasında təəccübləndirdiyini və onda xoş təəssüratlar oyatdığını səmimiyyətlə dilə gətirib. O, paytaxtımızın təcrübəsini öz ölkəsində də tətbiq etmək istəyini bildirib. Prezident İlham Əliyevə xitab edən Baş nazir deyib: “Sizin gərgin əməyiniz və rəhbərliyiniz sayəsində ölkənizdə böyük işlər görülüb. Mən İslamabada qayıtmamışdan öncə Sizdən bir neçə xahiş edəcəyəm. Bizim şəhər planlaşdırılması və yaşıllaşdırma sahəsində sizin təcrübənizə ehtiyacımız var. Şəhəriniz son dərəcə təmizdir, tullantıların emalı məsələsi, yəni, bu sahələrdə bizim sizin təcrübənizə ehtiyacımız var. Həqiqətən də mən çox şadam və məmnunam ki, ölkəniz bu cür inkişaf edib”. Səfər çərçivəsində keçirilən tədbirlərdə və mətbuata verilən bəyanatlarda bu gün paytaxt Bakıda və respubliamızın bölgələrində Pakistan İslam Respublikasının bayrağının asılmasına xüsusi vurğu edilib. “Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərliyinin fikrini bölüşür və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük”, - deyə dövlətimizin başçısı vurğulayıb. Pakistanın Baş naziri isə ölkəsində Azərbaycana xüsusi rəğbət bəslənildiyini diqqətə çatdırıb. O, ikitərəfli münasibətlərin dərinləşməzinə Azərbaycan Prezidentini xüsusi töhfə verməsindən məmnunluğunu ifadə edərək deyib: “Təyyarə Bakı hava limanına enərkən mən gördüm ki, orada Pakistan bayrağı dalğalanırdı, hətta hava limanından kənarda da. Nümayəndə heyətinin üzvü mənə dedi ki, cənab Baş nazir, baxın, kənarda belə Pakistan bayrağı dalğalanır. Bu, Azərbaycanda Pakistana olan münasibətdir və eyni dərəcədə Pakistan xalqı da Azərbaycan xalqını sevir, qardaş və bacı olaraq. Siz də uzaqgörən lider olaraq bu işə öz töhfənizi vermisiniz. Tam səmimi olaraq deyə bilərəm ki, əsrlər boyu davam edən bu münasibətlər çox güclüdür”. Azərbaycanla Pakistan arasında əməkdaşlıq perspektivləri kifayət qədər genişdir. Prezident İlham Əliyev bildirib ki, biz ikitərəfli gündəliyimizə daxil olan bir çox məsələləri, eyni zamanda, regional prosesləri, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Bizim irəliyə getməyimizlə bağlı tam aydın təsəvvürümüz var. Biz razılığa gəldik ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. “Biz, eyni zamanda, razılığa gəldik ki, ticarətimizin həcmini artırmaq üçün daha ciddi səylər göstərək. Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq və məhsulların siyahısı üzərində işləyəcəyik ki, həmin siyahı bizim ticarət dövriyyəmizin artırılmasına xidmət edəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, təhsil sahəsində böyük potensialı görürük. Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Yəni, biz daha çox pakistanlı qardaşlarımızı burada görmək istəyirik. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər. Səfər çərçivəsində keçirilən görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq da müzakirə mövzusu olub. “Artıq qeyd etdiyim kimi, birgə hərbi təlimlərin sayının artırılması məsələsini müzakirə etdik, buna ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb. Azərbaycanın Pakistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək istəyi başadüşüləndir. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak edirdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun əzmi ərazi bütövlüyümüzü bərpa etdi. Bu, danışıqlar və ya hər hansı bir vasitəçilik hesabına baş vermədi. Əksinə, həmin vasitəçilik səyləri vəziyyətin dondurulmasına gətirib çıxarmışdı. Biz bununla qəti razı olmadıq. Biz ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı 3 min övladımızı şəhid verərək döyüş vasitəsilə aldıq. Fikirlərinə davam edən Prezident İlham Əliyev deyib: “Biz görürük ki, beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Biz hər ikimiz bunu yaxşı bilirik. Ona görə, ərazi bütövlüyü, təhlükəsizlik və firavanlıq, əlbəttə ki, Sizin ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır. Bütün bu məsələlərdə bizim qarşılıqlı tam anlaşmamız var”. Nəsimi rayon təhsil işçisi Abdullayeva Günay Geri dön |