Ana Sayfa > Gündəm > Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək

Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək


17-06-2023, 12:27. Yazar: sevinc1
Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək

İki qardaş ölkə hərbi sahədə fəal əməkdaşlıq edir. Bu gün Azərbaycanın çox güclü ordusu var və hər bir vətəndaş ordumuzla qürur duyur. 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi də ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Yəni ölkəmiz güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir silahlı qüvvələri sayılır.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından keçir.
Bu gün artıq Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər istər hökumət, istərsə də xalqlar çərçivəsində əhatəli və köklü bir səviyyəyə çatıb, hətta bütün sahələr üzrə əlaqələr gün keçdikcə sürətlə inkişaf edir və güclənir. Bu çərçivədə Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq klassik mənfəət əlaqələrindən kənar, xüsusi bir mahiyyətə sahibdir.
Müstəqillikdən sonrakı 30 il ərzində Türkiyə ilə Azərbaycan arasında bütün səviyyələrdə bir sıra səfərlər həyata keçirilib. Bu səfərlər zamanı ikitərəfli əlaqələrin inkişafına yönəlik çoxlu sayda razılaşma əldə olunub. Türkiyə qardaş Azərbaycanın güclənməsi və beynəlxalq səviyyədə layiq olduğu hörməti qazanması üçün hər cür dəstək verib, səy göstərib. Keçən vaxt ərzində Türkiyə və Azərbaycan siyasi, hərbi, iqtisadi, mədəni, ictimai olmaqla, bütün sahələrdə ortaq addımlar atıb, əsasən, regional miqyasda effektiv nəticələr verən əhəmiyyətli layihələri həyata keçirib.
Ən əhəmiyyətlisi odur ki, Azərbaycan Türkiyə arasındakı ikitərəfli əlaqələr, xüsusən də iqtisadi əlaqələr son illər ərzində digər qonşu ölkələr üçün nümunə və model ola biləcək keyfiyyət və dinamika səviyyəsinə yüksəlib. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərini digər ölkələrin şirkətlərindən fərqləndirən əsas cəhət odur ki, bu şirkətlər iqtisadiyyatın, demək olar ki, bütün sektorlarında fəaliyyət göstərir. Türkiyə şirkətləri qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayır. Türkiyə şirkətlərinin inşaat, xidmət, kənd təsərrüfatı və qida sektoru, bank və sığorta sahəsi, tekstil və yüngül sənayedə mövqeləri kifayət qədər güclüdür.
Son 30 ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış Türkiyə ilə Azərbaycanın xarici siyasətlərində birlikdə hərəkətetmə, həmrəylik içərisində olma qanunu hər zaman istiqamətverici xüsusiyyət daşıyıb. Türkiyə qardaş Azərbaycanın torpaqlarının işğal edilməsinə reaksiya olaraq Ermənistanla sərhədləri bağlayıb. İkitərəfli əlaqələr baxımından bir dövlətin başqa bir dövlət üçün üçüncü bir dövlətlə sərhədini bağlaması münasibətlərin bənzərsiz olduğunun və başqa ölkə əlaqələri ilə müqayisə edilə bilməyəcəyinin göstəricisidir. İki ölkənin daha sıx əməkdaşlıq etdiyi əsas mövzulardan biri Dağlıq Qarabağ problemidir. Türkiyə Azərbaycanın müstəqillik əldə etdikdən sonra qarşı-qarşıya qaldığı Dağlıq Qarabağ probleminin ilk gündən etibarən yaxın təqibçisi olub, Azərbaycanın haqlı mövqeyini beynəlxalq sahədə və ikitərəfli görüşlərdə gündəmə gətirməyə səy göstərib. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi və işğal edilən Azərbaycan torpaqlarının qaytarılması Qafqazda əhatəli sülh və sabitliyin ən əhəmiyyətli ünsürünü təşkil edir. Qafqazda sülh, sabitlik və xalqlar arasında inamın yenidən bərpa edilməsi Türkiyənin prioritetli hədəfidir. Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ məsələsi bölgənin təhlükəsizliyi, sabitliyi və inkişafı baxımından böyük bir maneə olub, problemin beynəlxalq hüquq qayda və qanunları çərçivəsində həlli və Azərbaycan torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi labüddür.
Bu mənada, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri imkan verir ki, iki qardaş ölkə həm beynəlxalq əhəmiyyətli iqtisadi layihələri gerçəkləşdirmək, həm də özlərinin bütün milli maraq və mənafelərini qorumaq strategiyasını əzmlə davam etdirə bilsin. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə keçirilən təlimlər bütün Qafqaz bölgəsinə sülh və əmin-amanlıq vəd edir, eyni zamanda, dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə yardımçı olur.
Keçirilən təlimlər sübut edir ki, bu gün iki ölkə arasında hərbi sahədə də əməkdaşlıq ən yüksək səviyyədədir. Türkiyə ilə hərbi əməkdaşlığımız 2010-cu il avqustun 16-da imzalanan "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Müqavilədən sonra yeni mərhələyə qədəm qoyub. Hər iki dövlət arasında mövcud siyasi və iqtisadi münasibətlər onları regional geosiyasətin əsas dövlətlərinə çevirib.
Müasir dönəmdə Türkiyə-Azərbaycan əlaqələrini başqa ölkələr arasındakı münasibətlərlə müqayisə etmək mümkün deyil. Bu gün Azərbaycan ilə əlaqələrdə Türkiyənin xarici siyasətini təyin edən ünsürlər "maraqlar"dan kənardadır, bu ölkə ilə olan tarixi, mədəni və insani bağlarımız və ortaq mənfəətlərimizdir. Başqa sözlə, Türkiyə Azərbaycana istiqamətlənmiş xarici siyasəti çox dəyərli sayır, davam etdirir və bu təməl üzərində ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafına səy göstərir. Əlaqələrin sahib olduğu bu xüsusi mahiyyət çərçivəsində siyasi, iqtisadi, hərbi, mədəni, ictimai olmaqla, bütün sahələrdə Türkiyə və Azərbaycanın daha böyük uğurlara birlikdə imza atmaları hamımızın ortaq istəyidir.
Bu gün qardaş ölkə bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə söz sahibi olmuş və böyük nüfuz qazanmış güclü və qüdrətli dövlətdir
2003-cü ilə qədər Türkiyə siyasəti çevrilişlər, qısamüddətli hökumətlər, Qərbin diktəsi ilə addım atan hərbi-siyasi elita və iqtisadi böhranlarla xarakterizə olunurdu. Lakin Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlməsi ilə müasir türk tarixinin yeni dönəmi başlandı. Qardaş ölkə Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə sürətli inkişaf yolu keçib, dünyada söz sahibi olub və güc mərkəzinə çevrilib, xüsusilə infrastruktur sahəsində qlobal layihələr reallaşdırılıb.
İlk olaraq Türkiyə iqtisadi və siyasi müstəqilliyini tam mənada bərqərar etdi. Ankara artıq Qərbin diqtəsi ilə yox, özünün milli maraqlarını rəhbər tutmaqla tərəfdaş və müttəfiqlərini seçməklə, Şimali Afrikadan Cənubi-Şərqi Asiyaya qədər geniş bir arealda təsir dairəsi formalaşdıra bildi. Habelə daim ölkənin gərginlik rıçaqı kimi istifadə olunan milli kimlik məsələsi təhdid kimi aradan qaldırıldı. Terrorla mücadilə müstəsna nəticələr verdi. Məhz son 20 ildə İraq və Suriyanın şimalında bufer zonalar yaradıldı, terrorla mübarizəyə artıq Türkiyə sərhədlərindən kənarda başlandı.
Türkiyənin müdafiə sənayesində son illər qazanılan uğurları da xüsusi qeyd etmək lazımdır. Əvvəllər müdafiə sənayesində xaricdən daha çox asılı olan Türkiyə artıq milli gəmisini, tankını, radar aparatını, insansız hava vasitələrini, silahını özü istehsal edir, kosmosa peykini göndərir. "Meteksan" şirkəti tərəfindən hazırlanan, hərəkət edən, hədəfi aşkarlayan "Milsar" radar sistemi PUA-ların pis hava şəraiti zamanı və ya buludların arasında olarkən daha rahat hərəkət etməsinə köməklik göstərəcək. Radar sisteminin əsas xüsusiyyətlərindən biri də Türkiyə istehsalı bütün PUA-larda fəaliyyət göstərməsidir. Dünyanın 100 ən böyük müdafiə sənayesi şirkətinin siyahısında Türkiyənin müdafiə sənayesində iştirak edən 5 şirkət yer alıb. Bu il daha iki şirkət - "FNSS Savunma Sistemleri" və "Havelsan" daxil olub. Türkiyə dünyada özünəməxsus hərbi gəmilər dizayn və istehsal edən 10 ölkədən biridir. Dünyada beşinci nəsil döyüş təyyarəsi istehsal edən cəmi dörd ölkə var və Türkiyə beşinci olacaq. 2022-ci ildə Türkiyənin ixracatı bir il əvvəllə müqayisədə 12,9 faiz artaraq 254.2 milyard dollara çatıb. Ən çox qeyri-neft məhsulu Rusiyaya ixrac olunub. Bu, ölkə tarixində rekord göstəricidir. Bundan sonra hədəf Türkiyəni dünyanın ilk 10 ixracatçı ölkəsindən biri etməkdir. Həmçinin 2022-ci ilin üçüncü rübündə Türkiyənin ÜDM artımı 6,2 faizə çatıb.
Müdafiə sənayesində önəmli rolu olan şəxslərdən biri də Səlcuq Bayraktardır. Məhz onun təşəbbüsü ilə bu gün türk hərbi sənayesi dünyanın aparıcı hərbi qüvvəsi hesab olunur. Bayraktarın növbəti hərbi sənaye uğuru "Bayraktar TB3" Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə 27 aprel - 1 may tarixləri arasında İstanbul Atatürk Hava Limanında keçiriləcək TEKNOFEST 2023 sərgisində ilk dəfə ictimaiyyətə nümayiş etdiriləcək. "Bayraktar TB3" qatlana bilən qanad quruluşu ilə "TCG Anadolu" kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb-enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.
Türkiyə dünyanın ən qabaqcıl texnologiyası ilə təchiz edilmiş avtomobil sənayesi quracaqdır. Bu, inanılmaz hadisədir. Qardaş Türkiyənin bu uğuruna xalqımız, xüsusilə Prezident İlham Əliyev səssiz qala bilməzdi. Məhz ilk olaraq Prezident İlham Əliyevin R.T.Ərdoğana təbrik zəngi buna bariz nümunədir. Eyni zamanda, "Togg"un ilk buraxılışının Bakıya gətirilməsi və Prezident İlham Əliyevə təqdim edilməsi iki qardaş ölkənin sevincinin paylaşılması kimi dəyərləndirilməlidir. Məhz buna görə Prezident İlham Əliyev “Togg” elektromobilinin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.
Avtomobil istehsalı sənayesinin inkişafı Türkiyə milli iqtisadiyyatının və ümumiyyətlə, ölkədə sosial-iqtisadi rifahın yüksəlməsində çox təsirli rol oynayacaq. Birincisi, Türkiyə öz milli markasını dünya bazarına təqdim etməklə, ticarət predmetini yaratmış olur. Bu da öz növbəsində ölkəyə yeni maliyyə axını kanalını təmin edəcək. İkincisi, Türkiyə avtomobil bazarının tam ixracdan asılılığını əhəmiyyətli dərəcədə zəiflədəcək. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər “Togg”un istehsalını Türkiyənin 60 illik xəyallarının gerçəkləşməsi kimi qiymətləndirirlər. Bu, “Bayraktar” PUA-larından sonra Türkiyəni dünyada modern texnologiyalar istehsalçısı qismində tanıdan ikinci möhtəşəm nailiyyətdir. Bu, eyni zamanda, qardaş ölkədə son illər müdafiə sənayesi ilə yanaşı, mülki sənaye sahələrinin də inkişaf etdirildiyini təsdiqləyir.
Son illərdə müdafiə sənayesi sahəsində sürətlə yüksələn Türkiyə bir neçə gün öncə yeni bir ilkə imza atdı. Aprelin 10-da yerli şirkətlər tərəfindən inşa edilən "TCG Anadolu" amfibiya hücum gəmisi Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verildi. 2016-cı ildə inşasına başlanan "TCG Anadolu" PUA (pilotsuz uçuş aparatları) gəmisi dünyanın ilk PUA gəmisi hesab olunur. Türkiyə mətbuatına istinadən deyək ki, qardaş ölkənin yerli şirkətləri tərəfindən istehsal edilən "Bayraktar TB3" PUA-ları, "KızılElma" insansız qırıcıları, "Hürjet" təlim təyyarələri hərbi gəmidən enib-qalxa biləcək. Uzunluğu 231 metr, eni 32 metr olan "TCG Anadolu" vasitəsilə 19 helikopter, 30 müxtəlif zərbə PUA-ları, 13 tank və digər zirehli texnikalarda daşına biləcək. Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük gəmisi olan "TCG Anadolu" 1400 hərbçi daşımaq qabiliyyətinə malikdir. Hərbi baxımdan "TCG Anadolu" Türkiyə və müttəfiqlərinə çevik imkanlar təqdim edəcək. Bu kimi strateji döyüş gəmiləri əməliyyat planına uyğun olaraq öz tapşırıq qrupları ilə birlikdə hərəkət edirlər. Keçirilən mərasim zamanı Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyənin müdafiə büdcəsinin 75 milyard dollara çatdırılacağını bəyan edib. Bu il rəsmi Ankara mütəffiq ölkələrə silah ixracını 6 milyard dollara artırmağı, yeni silah və texnika istehsal etməyi planlaşdırır. Hazırda Türkiyənin silah və texnikaya olan ehtiyacının 70 faizindən çoxu yerli şirkətlər tərəfindən qarşılanır.
Hərbi və müdafiə sənayesi sahəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri uğurla davam edir. Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçməsi təsadüfi deyildi. 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi. Bu model hələ uzun illər ərzində Azərbaycan Ordusunun professional inkişafında böyük rol oynayacaq.
Ölkənin stabil inkişafını təmin etməklə bərabər Prezident Ərdoğan Türkiyənin mühüm bir regionda aparıcı siyasi-hərbi aktora çevrilməsini təmin edib. Eyni zamanda, məhz cənab Ərdoğanın səyi nəticəsində Türkiyənin tükdilli ölkələrlə münasibətləri ən yüksək səviyyədədir. Bunun ən bariz sübutu Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsidir. Bu Bəyannamə iki qardaş dövləti strateji müttəfiq səviyyəsinə çıxardı.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşmüşdürlər. Bu görüşdən sonra onlar birgə mətbuata çıxış etmişdirlər. Bu çıxışda Cənab Prezident İlham Əliyev Azərbaycan—Türkiyə qardaşlığı haqqında danışmışdır, Azərbaycan ordusunun Türkiyə ordu modeli əsasında inkişaf etdiyindən bəhs etmişdir.

Zərinə Hümbətova
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci
Geri dön