Ana Sayfa > Özəl > “Qurtuluş yürüşü 2023” adlı marafon yarışı

“Qurtuluş yürüşü 2023” adlı marafon yarışı


16-06-2023, 15:31. Yazar: sevinc1
“Qurtuluş yürüşü 2023” adlı marafon yarışı

Masallı rayonunda müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş yürüşü 2023” adlı marafon yarışı keçirilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Masallı Rayon Gənclər və İdman İdarəsinin, Masallı Rayon İcra Hakimiyyətinin, YAP Masallı rayon təşkilatının, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, eləcə Bakı Marafon Klubunun dəstəyi sayəsində baş tutan marafonda yarış iştirakçıları rayonun Heydər Əliyev parkından start götürərək Masallı şəhəri üzrə 10 kilometr məsafəni qət etdikdən sonra təyin olunan finiş xəttinə çatıblar. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov da 10 kilometr məsafəni fasiləsiz qaçmaqla peşəkar idmançıların arasında olub.
“Qurtuluş yürüşü 2023” adlı marafon yarışının qaliblərini təltif etmə mərasimi öncəsi Dövlət Himnimiz oxunub, Vətən yolunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra söz rayon rəhbəri Araz Əhmədova veriləndə o, deyib:-
Xalqımızın dahi oğlu, ulu öndərin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizin hər yerində olduğu kimi Masallıda da silsilə yubiley tədbirləri ara vermir. Bayram günlərinə təsadüf edən bu möhtəşəm tədbir rayonumuzun istər idman, istərsə ictimai-siyasi həyatında əhəmiyyətli olduğu qədər bütün masallılar üçün əsl bayrama çevrilib. Sağlam bədəndə sağlam ruh olar. Marafon qaliblərini təbrik edirəm, onu da tam səmimiyyətlə bildirirəm ki, bu tədbirə qoşulan hər kəs qalibdir.
Digər natiqlər- Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda xanım , Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Bakı Marafon Klubunun təsisçisi və rəhbəri Firdovsi Kərimov, Tunis Dünya Qran-Prisinin (2019) qızıl mükafatçısı Elşən Quliyev xalqımızın qürur və şərəf tarixi olan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə marafon iştirakçılarını və qalibləri təbrik edərək tədbirin təşkilatçılarına, tərəfdaşlıq edən bütün qurumlara minnətdarlığını bildiriblər .
“Halay” folklor kollektivinin çıxışı isə tədbirə özgə bir xoş ovqat qatıb.

Axırda marafonun qaliblərinə təşkilat komitəsi tərəfindən müvafiq dərəcəli medal, diplom, təşəkkürnamə, eləcə qiymətli hədiyyələr verilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Geri dön