Ana Sayfa > Özəl / Təhsil > Polimer Materialları İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir
Polimer Materialları İnstitutunda magistrantların yay imtahan sessiyası davam edir16-06-2023, 12:19. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun magistrantlarının yay imtahan sessiyası davam edir. AİA.Az xəbər verir ki, 16 iyun 2023-cü il tarixində institutun “Yüksək molekullu birləşmələr kimyası” ixtisası üzrə təhsil alan I kurs magistrtanları – Mustafayeva Nübar İlham qızı, Aslanova Vəfa Xəyyam qızı və Əliquliyeva Qönçə İlham qızı “Polimerlərin sintezi və tədqiqi” fənni üzrə imtahanda iştirak ediblər. İmtahanı fənni tədris edən AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov götürüb. İmtahan uğurla başa çatıb. Sonuncu imtahan 22 iyun tarixində “Kompozisiya materiallarının kimyası” fənni üzrə keçiriləcək. Geri dön |