Ana Sayfa > Özəl > Ulu Öndər andına sadiq qaldı
Ulu Öndər andına sadiq qaldı16-06-2023, 11:51. Yazar: sevinc1 |
![]() Hər bir xalqın tarixi önəmli günlərlə zəngindir. Bu günlər bəzən sevinc, bəzən kədərlə xatırlanır. Belə günlərdən biri də xalqımız üçün çox vacib olan Milli Qurtuluş günüdür. 71 illik Sovet əsarətindən güc- bəla ilə qurtulan bir xalq düşünün. Nəyin bahasına olur olsun azadlıq uğrunda mübarizələrindən heç vaxt dönməyən bir xalq. Ancaq xalqın başında düzgün rəhbər olmasa, o xalq uçuruma gedər. Bu səbəbdən də yenicə müstəqillik əldə etməyimizə baxmayaraq, idarəetmədəki boşluqlar səbəbindən bir də düşmən hücumuna məruz qaldıq. 1992-1993 illərdə baş vermiş Qarabağ müharibəsi dövləti çox ağır vəziyyətlərə saldı. Torpaqlarımızın bir qismi düşmən tapdağına keçdi. 1 milyondan artıq vətəndaşımız evindən məcburi köçkün düşdü. Dövlətdə pərakəndəlik, özbaşınalıq baş alıb getmişdi. Rəhbərliyin siyasi səhvləri və ciddi qüsurları xalqı çıxılmaz vəziyyətdə qoymuşdu. Bu xalqın səbrinin son damlası idi. Xalq ayağa qalxmışdı. Ölkənin hər yerində qiyamlar başlamışdı. Bu ağır vəziyyətdən çıxmaq üçün eks prezident Ə. Elçibəyin dəvəti və xalqın təkidi ilə Heydər Əliyev Bakıya gəldi. 1993- cü il 15 iyunda Heydər Əliyev Milli Məclisə sədr təyin edildi. Təbii ki, güclü liderin, uzaqgörən siyasətçinin rəhbərliyi öz sözünü qısa zamanda dedi. Çox keçmədi ki, Ə. Elçibəyin ölkəni tərketməsi ilə prezident səlahiyyətləri Heydər Əliyevə həvalə olundu. Qiyamlar yatırıldı, xalq vətəndaş müharibəsindən xilas oldu. Artıq ölkədə sabitlik hökm sürürdü. Dövlətin bütövlüyü təmin olundu. Xalq səsverməsi ilə 1993 - cü il oktyabr ayında Heydər ƏIiyev Azərbaycan Respublikasının prezidenti seçildi.1997 - ci ildən isə 15 iyun Milli Qurtuluş günü olaraq rəsmi şəkildə qeyd olunur.1993-2003 - cü illərdə Azərbaycanın ilk dövrü üçün inkişafı hələ də danılmaz faktdır. Neft ölkəsi olaraq dünyaya səs salması da əbəs deyil.1994-cü ildə Heydər Əliyevin imzasıyla 8 ölkə arasında “Əsrin müqaviləsi” bağlandı. Bunun nəticələrini hələ də dövlət olaraq görməkdəyik. Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həmdə idman arenalarda sözünü demiş bir dövlətdir. Təbii ki, bütün bunların davamını gətirəcək layiqli bir varis olmasaydı Azərbaycan belə bir qüdrətə sahib ola bilməzdi. Nə xoş bizə ki, bu layiqli varis də Heydər Əliyevin bizə qoyduğu mirasdır. Məhz Heydər Əliyev siyasətinin layiqli davamçısı olan oğlu İlham Əliyev də eyni siyasətlə dövləti idarə edir. Onun nəticəsi olaraq, 2020 - ci ildə 44 günlük müharibə ilə şanlı ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin etdi.Ümummilli lider vaxtilə xalqına verdiyi sözü oğlunun vəsiləsiylə də olsa yerinə yetirdi. Bu gün dövlətimizin ərazi bütövlüyünü və müstəqilliyini Heydər Əliyevin qurduğu qüdrətli ordumuza və onun miras qoyduğu siyasətə borcluyuq. Ulu Öndər andına sadiq qaldı. Bizə də onun miras qoyduqlarını qorumaq daha da irəliyə aparmaq düşər. Mən də bir vətəndaş kimi onu bilirəm ki, hər nə sahədə olursa olsun, insan öz işinə məsuliyyətlə yanaşmalı, işini vicdanla həyata keçirməlidir. Bu zaman hec kimsə narazı qalmaz, dövlət düzgün inkişaf edər. Hər sahədə uğur qaçınılmaz olar. Necə ki, vaxtilə Heydər Əliyev xalqı üçün hər çətinliyə sinə gərib. Eləcə də biz onun yolunun davamçısı olmalıyıq. Mən inanıram ki, onun siyasi uzaqgörənliyi sayəsində hələ neçə on illiklər biz inkişaf edəcək və zirvələrdə olacağıq. Qurtuluşun mübarək Azərbaycan! Çinarə Rüstəmova, Yeni Azərbaycan Partiyası Zəngilan RayonTəşkilatının fəal partiya üzvü Geri dön |