Ana Sayfa > Özəl > Şəhidin xatirə muzeyi
Şəhidin xatirə muzeyi16-06-2023, 11:14. Yazar: sevinc1 |
![]() Lənkəranda şəhid kapitan Vüsal Quliyevin xatirə muzeyi istifadəyə verilib. Boya-başa çatdığı evində yaradılan bu muzey şəhidə aid fotoşəkillər, xatirə dəftəri, təltifləri, medalları və hərbi forma ilə bəzədilib. Qeyd edək ki, Vüsal Quliyev 5 iyun 1985-ci ildə Lənkəran şəhərində anadan olub. Orduda kapitan rütbəsində xidmət edən Vüsal 2020-ci il sentyabrın 27-də Ermənistanın işğal altında olan əzəli, əbədi yurd yerimiz Qarabağın azad edilməsi üçün başladılan döyüş əməliyyatlarına qatılıb. Qəhrəman zabit haqq savaşımızın ilk günündən Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. 28 sentyabr 2020-ci ildə elə Suqovuşanda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşub. Vüsal Quliyev ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Qubadlının azadlığına görə medalları və “Şəhadət” ordeni ilə təltif edilib. Bəli, Vətən sevdalıların ömrü elə Vətən qədər əbədi olur. Onlar cismən aramızdan getsələr də, mənən qəlblərdə yaşamaqla hər an ehtiramla xatırlanır... Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Geri dön |