Ana Sayfa > Ölkə / Özəl > Dəyirmi masa

Dəyirmi masa


16-06-2023, 09:21. Yazar: sevinc1
Dəyirmi masa

18 may-18 iyun "İnsan Hüquqları Aylığı" çərçivəsində Lerik rayon Mədəniyyət Mərkəzində dağlar diyarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə dəyirmi masa keçirildi. Çıxış edənlər cəmiyyətdə qanun pozuntularının aşkarlanması, pozulmuş hüquqların bərpası və qarşısının alınması, əhalinin hüquqi düşüncəsi, eləcə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrıseçkiliyin yolverilməzliyi mövzuları ətrafında geniş müzakirələr apardılar.
Sonda söz alan Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Lerik rayonu üzrə nümayəndə) Müqəddəs Dənziyev müəssisə rəhbərlərinə əməkdaşların hüquq və azadlıqlarının qorunması, həmçinin müdafiə olunması barədə ətraflı danışdı, mövzu ilə bağlı dəyərli tövsiyə və tapşırıqlarını verdi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Geri dön