Ana Sayfa > Ölkə > Abşeronda evdən 10 min manatlıq oğurluq edildi

Abşeronda evdən 10 min manatlıq oğurluq edildi


15-06-2023, 12:45. Yazar: sevinc1
Abşeronda evdən 10 min manatlıq oğurluq edildi

Abşeronda evdə oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən xəbərə görə,Hökməli qəsəbəsindəki evlərin birindən 10.000 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ariz Əzimov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

aia.az
Geri dön