Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > Bakı Sağlamlıq Mərkəzində 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Bakı Sağlamlıq Mərkəzində 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib


14-06-2023, 20:11. Yazar: sevinc1
Bakı Sağlamlıq Mərkəzində 15 iyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi ehtiramla yad edildikdən sonra açılış nitqi ilə çıxış edən Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov 15 iyun Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisə olduğunu vurğuladı. Bildirdi ki, həmin gün ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhran sonlandırılmışdır. Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulmuşdur. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub, inkişaf etdirmək idi. Bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.
Günümüzdə isə müasir və müstəqil Azərbaycanımız Ulu Öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkədə sabitliyin bərqərar olunmasından, bəhs edilən video-çarx nümayiş olundu.
Geri dön