Ana Sayfa > Manşet / Özəl / Təhsil > Sosial-İqtisadi Kollecdə. 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan zəfərə” adlı tədbir keçirilib.

Sosial-İqtisadi Kollecdə. 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan zəfərə” adlı tədbir keçirilib.


14-06-2023, 16:13. Yazar: sevinc1
Sosial-İqtisadi Kollecdə. 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan zəfərə” adlı tədbir keçirilib.

AİA.Az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, dahi liderə və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildiriblər.

Sonra tələbələrin Ümummilli lider Heydər Əliyev haqqında hazırladıqları videoçarx nümayiş olunub.
Tədbirdə UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin sosial və humanitar məsələlər üzrə direktor müavini çıxış edərək bildirdi ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edirdi.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxdı, dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrildi, ötən dövr ərzində böyük iqtisadi uğurlara imza atdı.

Tədbirin sonunda tələbələr Ümummilli lider Heydər Əliyevə həsr etdikləri şeirləri söylədilər.
Geri dön