Ana Sayfa > Özəl > 11 yaşlı uşaq 71 yaşlı qonşusu tərəfindən öldürülüb

11 yaşlı uşaq 71 yaşlı qonşusu tərəfindən öldürülüb


14-06-2023, 15:56. Yazar: sevinc1
11 yaşlı uşaq 71 yaşlı qonşusu tərəfindən öldürülüb

AİA.Az xəbər verir ki, Fransada 11 yaşlı İngiltərəli qız bacısı ilə bağda oynayarkən ailəsi ilə düşmənçilik edən qonşusu tərəfindən güllələnərək öldürülüb. Hücum zamanı qızın atası da ağır yaralanıb, 71 yaşlı qatil isə saxlanılıb.

Hadisədən sonra şübhəli şəxs özünü evinə bağlayıb və həyat yoldaşı ilə birlikdə polisə təslim olub. 71 yaşında olduğu bildirilən vətəndaş ingilis ailəsi ilə torpaq sahəsinə görə fikir ayrılığı olduğunu bildirib.

İngiltərə Xarici İşlər Nazirliyi hadisədən sonra İngilis ailəyə konsulluq xidmətləri göstərdiyini və onların yerli hakimiyyət orqanları ilə əlaqə saxladığını bildirib.

AİA.Az
Sübhan Məmmədov
Geri dön