Ana Sayfa > Siyasət > Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutuldu

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutuldu


14-06-2023, 11:39. Yazar: sevinc1
Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutuldu


İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

Bu barədə AIA.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

AIA.Az
Geri dön