Ana Sayfa > Ölkə > Məktəblərdə "Son zəng" çalındı - FOTOSESSİYA
Məktəblərdə "Son zəng" çalındı - FOTOSESSİYA14-06-2023, 10:55. Yazar: sevinc1 |
Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilib. AIA.Az Trend-ə istinadən bildirir ki, hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil məktəblərində təşkil edilib. Qeyd edək ki, 2022/2023-cü tədris ilində 98 min 647 şagird XI (XII) siniflərdən məzun olur. Onlardan 89 min 112 nəfəri Azərbaycan bölməsində, 8 min 824 nəfər isə rus bölməsində təhsil alır. Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin XI sinfindən isə 4 nəfər məzun olacaq. Cari tədris ilinin sonuna ölkə üzrə ümumtəhsil müəssisələrində təhsilalanların sayı 1 milyon 707 min 242 nəfərdir. Onlardan 90 min 648 nəfəri məktəbəhazırlıq qruplarında təhsilalan uşaqlardır ki, onlarda tədris prosesi mayın 31-də yekunlaşıb. Tədris ilinin sonuna ölkə üzrə 4431 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir, onlardan 388-i Bakı şəhərində yerləşir. Ötən təqvim ili ərzində 30 təhsil müəssisəsi və 30 modul tipli məktəbdə əsaslı təmir və tikinti-quraşdırma işləri aparılıb. 2022/2023-cü tədris ilinin əvvəlində 150 min 289 nəfər birinci sinfə gedib, 90 min 26 nəfər məktəbəhazırlıq qruplarında təhsilə cəlb edilib. AIA.Az Məqaləyə dair fotomateriallar: Geri dön |