Ana Sayfa > Özəl / Seçki 2024 > Vətənə şərəf oğullar

Vətənə şərəf oğullar


14-06-2023, 09:27. Yazar: sevinc1
Vətənə şərəf oğullar

44 günlük İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda qan töküb doğma Azərbaycana şərəf olan minlərlə qəhrəman oğlanlardan biri də Əbdülrza Rəfibəylidir. Bakını Xətai rayonunda dünyaya göz açan bu Vətən sevdalısı əslən Masallı rayonun Boradigah qəsəbəsindəndir. Öz qəhrəmanlığı ilə gələn nəsillərə örnək qoyan şəhid Əbdülrza Rəfibəylinin yaşının 23 ilinin tamamında Masallı rayon Mərkəzi Kitabxanasında tədbir keçirildi. 
Kitabxana əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Kitabxananın əməkdaşları Şəmsurə Nəsirova və Aidə Quliyeva şəhidin şərəfli döyüş yolundan qürurla, iftixarla söz açdılar. Bildirildi ki, 2020-ci ilin iyulunda Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatından sonra Əbdülrza Vətənin harayına könüllü yollanır. Qısa müddətli hərbi təlimlərə qatılır. Sonra cəbhənin ən qaynar nöqtələrində erməni dığalarına qan qusdurur. Haqq savaşımızda vuruşduğu Qubadlının, Füzulinin, Xocavəndin azadlığı uğrunda göstərdiyi şücaət dillərdə dastana dönür. Oktyabrın 23-də Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalır. Şəhidin nəşi 40 gün sonra tapılaraq dekabrın 4-də Bakının Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında canından artıq sevdiyi torpağa tapşırılır . O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azadlığına görə medallarına layiq görülür.

Bəli, Əbdülrza Rəfibəyli kimi qəhrəmanlar heç zaman insanların yaddaşından silinməz. Çünki onlar öz həyatlarını Vətən, xalq üçün yaşamağı bacarıblar....

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
AİA.Az

Geri dön