Ana Sayfa > Ölkə > Füzuli və Laçındakı mövqelərimiz atəşə tutulub
Füzuli və Laçındakı mövqelərimiz atəşə tutulub13-06-2023, 20:16. Yazar: sevinc1 |
Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri saat 11:15-dən 16:50-dək kənd təsərrüfatı işləri adı altında Ordumuzun Füzuli və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. AIA.Az Geri dön |