Ana Sayfa > Şou-biznes > "Bizim sahədə "moşşenik"lər var"
"Bizim sahədə "moşşenik"lər var"13-06-2023, 20:15. Yazar: sevinc1 |
"Ürəyim gəlmir ki, xalqıma toy qiymətimi deyim. Məni yaxından tanıyanlar bunu çox gözəl bilir. 48 ildir ki, toylara gedirəm. Elə vaxt olub ki, gətirib bizə 5 min manat veriblər, min manatını qaytarmışam. Heç kimi şişirdilmiş toy qiymətlərimlə incitməmişəm, ona görə də üzümə bütün qapılar açıq olub. Bir iş üçün harasa gedərəmsə, çox hörmətlə, izzətlə, qayğı və diqqətlə məni yola salırlar". AIA.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Cavanşir Məmmədov deyib. "Müğənni özünü tərifləməməlidir. Müğənnini tərifləməlidirlər. Hər sahədə "moşşenik" lər olduğu kimi, bizim sahədə də var. Nə klipin çoxluğu ilə, nə bahalı maşınla, nə evlə, nə də varlı adamların toyuna getməklə sənəti bir tərəziyə qoymaq olmaz. Bunlarla öyünmək sənətkar ola bilməz. Sənət başqa şeydir. Oxuyan var ki, sifətinə baxırsan siması da, səsi də səhnəyə yararsızdır. Müğənnidə sənət də, mədəniyyət də, geyim də yerində olmalıdır. Sənəti yoxdur, amma adam professor olub. Kimi dindirirsən deyir ki, professoram. Professor vəsiqəsi almaqla professor olmurlar. Gözəl musiqisi olan xalqın içərisində alaq otları da var. Hansı ki, onlar musiqimizə zərbə vururlar. Nə mən, nə də ki, Firuzə xanım şou-biznes adamı deyilik. Şou-biznes o demək deyil ki, hər şeyə əl atmaqla gündəmə gəlməlisən. Belə olan halda, sən gündəmə aşağı səviyyəli bir sənət adamı kimi gələ bilərsən" deyə Cavanşir Məmmədov deyib. Əməkdar artisti mərhum müğənni Səməd Səmədovla bağlı xatirəsini də bölüşüb. "Rəhmətlik Səməd Səmədovla biz, o vaxt ən çox toya gedən müğənni olmuşuq. Onunla da mənim xüsusi zarafatım var idi. Çalışırdım ki, onu danışdırım, çünki rusdilli olduğu üçün bəzi sözləri düzgün demirdi. Bu da mənə xoş gəlirdi, gülüb zarafatlaşırdıq. Bir gün mənə dedi ki, "toylar necədir?". Məhərrəm ayı çıxa-çıxda idi. Dedim ki, "belə də, o qədər də çox deyil, 15-16 toy olur aya". Dedi ki, "səndə yaxşıdır yenə də, məndə 5-6 toy olur". Soruşdu ki, "sən bilən mənim toylarım niyə azalıb?". Dedim ki, "Səməd, sən oxuduğun toyların çoxunda eşitmişəm ki, qız olur" (gülür). O dəqiqə bu sözümə inandı. Dedim ki, mən ifa etdiyim toylarda isə oğlan doğulur (gülür). Allah rəhmət etsin, gör biz kimləri itirdik. Səmədin qəlbi uşaq kimi idi, hamıya inanırdı" deyə müğənni bildirib. AIA.Az Məqaləyə dair fotomateriallar: Geri dön |