Ana Sayfa > Özəl > Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb

Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb


13-06-2023, 15:05. Yazar: sevinc1
Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb

Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik dövrü Azərbaycan tarixinin ən yüksək inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var.
 Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri 1993-cü ilin 3 oktyabr tarixidir. Bu əlamətdar gündə keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Həmin gün xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb.
Bildiyimiz kimi, 1993-cü ilin mayında ölkədə hakimiyyətsizlik baş alıb gedirdi. Neçə illər ərzində Azərbaycanın nail olduğu müstəqilliyin itirilməsi təhlükəsi xalqı qorxudurdu. Belə bir gərgin anda 4 iyunda Gəncədə baş vermiş silahlı qarşıdurma vəziyyəti daha da çətinləşdirdi. Müsavat hakimiyyəti vəziyyəti sakitləşdirməyə çalışsa da, ictimai təhlükəsizliyi təmin etmək gücündə deyildi. Böhranların artdığı bir dövrdə özbaşnalıq da artmışdı.
O dövrdə Naxçıvan MR Ali Məclisinin sədri, dahi siyasətçi Heydər Əliyev uzaqgörən siyasəti ilə Azərbaycanı gözləyən fəlakəti hiss edirdi. Narahatçılıq içində olan xalq çıxış yolu axtarırdı. Xalqın israrı ilə Bakıya gələn Heydər Əliyev hadisələrin əsl səbəbini öyrənmək üçün insanlarla görüşdü.İyunun 15-də keçirilən Ali Sovetin sessiyasında açıqlama verən ulu öndər Heydər Əliyev bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar gərginliklərə son qoyacaq: “Hadisələr dəhşətdir, qan tökülüb cinayət törədilib. Ancaq mən demişəm və bir daha deyirəm ki, mən heç vaxt silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma yalnız sülh yolu ilə, barışıq yolu ilə, danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunmalıdır”.
Sessiyada Ulu Öndərin söylədiyi “Biz Azərbaycanda demokratik, müstəqil respublika quraraq, sivilizasiyalı cəmiyyət uğrunda mübarizə apararaq ümumi dünyəvi-bəşəri dəyərlərin hamısından istifadə etməliyik” sözləri gələcək yola atılan ilk imza oldu. Həmin gündən Azərbaycanın müstəqillik tarixinə “15 iyun – Milli Qurtuluş Günü” kimi yazıldı.
Ulu Öndər 2003-cü ilin oktyabr ayının 1-də Prezident seçkiləri ərəfəsində xalqa müraciəti zamanı Azərbaycanın gələcək yol xəritəsini elan edərək, siyasi varisi kimi ölkə başçısı cənab İlham Əliyevi seçməklə Azərbaycan tarixində yeni dövrün başlanğıcını qoymuş oldu. Ulu öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ötən dövrdə onun üzərinə düşən bütün məsələləri həll etməklə öz adını Azərbaycan tarixinə yazdırdı. Məhz bu günədək prezident İlham Əliyevin davam etdirdiyi varislik siyasəti ilə ümumilli lider Heydər Əliyevin arzuladığı möhtəşəm Azərbaycan dünyada tanındı, dünya markalarının və brendlərin önünə keçməyi bacardı. Bir sıra tədbirlərin, qurumların üzvü oldu. İqtisadiyyat, təhsil, siyasət sahələrində öz sözünü demiş və bununla belə bir çox sahələrdə özünü inkişaf etdirmişdir. 2020-ci ilin sentyabrın 27-dəbaşlamış 44 günlük müharibə nəticəsində düşmən əsarəti altında olan Qarabağ torpaqlarımız işğaldan azad olundu.Azərbaycanı inkişafa aparan bu yol 9 iyun 1993-cü ildən başladı.

Malik Kərimov,
Salyan rayonu, təqaüddə olan müəllim, YAP fəalı
Geri dön