Ana Sayfa > İdman / Aia TV / Karusel > Ronaldo öz mum surətinin hazırlanması üçün 30,7 min dollarından keçib

Ronaldo öz mum surətinin hazırlanması üçün 30,7 min dollarından keçib


31-08-2015, 12:43. Yazar: admin


Məşhur portuqaliyalı futbolçu Kristiano Ronaldo öz mum surətinin hazırlanması üçün 30,7 min dollarından keçib.

Aia.az “Meyl on sandey”ə istinadən xəbər verir ki, hazırlanan heykəl 2013-cü ildə Madriddə Mum Heykəllər Muzeyindəki Kristiano heykəli ilə eynidir.

Heykəltaraş mətbuata açıqlaması zamanı deyib ki, onlar hazırladıqları bütün heykəllərin qəliblərini saxlayırlar:

“2013-cü ildə Mum Heykəllər Muzeyi üçün hazırladığımız Kristiano heykəlinin qəlibi bizdə hələ də qalıb. Sifarişi aldıqdan sonra eyni qəlibdən istifadə etdik. Buna görə də, iki heykəl arasında heç bir fərqin olmadığından şübhəniz olmasın”.
Geri dön