Ana Sayfa > Şou-biznes > "Orada yatan insanların arasında murdar, pedofil, "zoofil" var, heyvanlar isə təmiz və günahsızdırlar"
"Orada yatan insanların arasında murdar, pedofil, "zoofil" var, heyvanlar isə təmiz və günahsızdırlar"12-06-2023, 19:35. Yazar: sevinc1 |
"Kimsə düşünürsə ki, heyvanların insanlarla eyni yerdə basdırılması günahdır, hörmətsizlikdir. Mən bununla razılaşıram. Amma hesab edirəm ki, bu hörmətsizlik heyvanlara qarşıdır". AIA.Az olay-a istinadən xəbər verir ki, bu sözləri instaqramda müğənni Səmra Rəhimli paylaşıb. O, Azərbaycanda pişiyin sahibinin yanında basdırılmasını qınayanlara sərt reaksiya verib: "Orada yatan insanların heç biri müqəddəs deyil. Yaxşı, pis, murdar, pedofil, "zoofil", cinayətkar da var. Heyvanlar isə təmiz və günahsızdırlar. Günah içində boğulan insanların yanında o cür təmiz heyvanlar olmamalıdır deyin, söyləyim ki, hə. Qınayırlar. Amma qınanılası o qədər murdar əməlləriniz var ki... Gedin, güzgüdə özünüzə baxıb, qınayın. Başqasına növbə çatmayacaq. Belə də ki, qəbirstanlıqda yer pul ilə deyil? Pulunu verib basdırıb. İstəyər adam dəfn edər, istəyər heyvan". AIA.Az Geri dön |