Ana Sayfa > Siyasət > Syerra-Leone Prezidenti İlham Əliyevi təbrik etdi
Syerra-Leone Prezidenti İlham Əliyevi təbrik etdi12-06-2023, 16:40. Yazar: sevinc1 |
![]() Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. aia.az xəbər verir ki, məktubda deyilir: "Zati-aliləri. Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizi və Sizin simanızda Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə firavanlıq arzulayıram. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". aia.az Geri dön |