Ana Sayfa > Özəl / Dünya > Yaponiyanın şimalında 6,2 bal gücündə zəlzələ baş verib
Yaponiyanın şimalında 6,2 bal gücündə zəlzələ baş verib12-06-2023, 15:41. Yazar: sevinc1 |
AİA.Az Yaponiya Meteorologiya Agentliyinə (JMA) istinadən xəbər verir ki, Hokkaydo adasının Urakava sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 18:55-də və 140 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə “nəhəng dalğa” xəbərdarlığı olmayıb. Zəlzələ bütün Hokkaydo və Aomori, İvate və Miyaqi əyalətlərində hiss olunub. Hokkaydo Elektrik Enerjisi (HEPCO) əyalətdəki Tomari Atom Elektrik Stansiyasında heç bir anomaliya olmadığını bildirib. AİA.Az Sübhan Məmmədov Geri dön |