Ana Sayfa > Özəl > Milli liderliklə yanaşı siyasi liderlik keyfiyyətlərinin də özündə birləşdirən dahi şəxsiyyət-Heydər Əliyev

Milli liderliklə yanaşı siyasi liderlik keyfiyyətlərinin də özündə birləşdirən dahi şəxsiyyət-Heydər Əliyev


12-06-2023, 10:35. Yazar: sevinc1
Milli liderliklə yanaşı siyasi liderlik keyfiyyətlərinin də özündə birləşdirən dahi şəxsiyyət-Heydər Əliyev

Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində xidmətləri olan görkəmli siyasət, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Onlar zaman-zaman gördükləri böyük, möhtəşəm işləri və əməlləri ilə yaddaşımızda iz buraxmış və unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolunu vurğulamaq tam yerinə düşər. Çünki dövlət xadimlərimizdən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə qədər yüksələ bilmişdir. Milli liderliklə bərabər siyasi liderlik keyfiyyətlərinin də bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən hallardandır. Ulu öndər bu iki keyfiyyəti özündə birləşdirməklə bərabər, fəaliyyət göstərdiyi digər bütün sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etməyi bacarmışdır.
1993-cü ildə may-iyun ayları ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı buna görə də , Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələb etdi və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu . O, 1993-cü il iyunun 15-dən etibarən Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinin icrasına, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
Bu dahi şəxsiyyət Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan bir lider , öndər kimi qalmışdır. Xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz ,təqdirə layiq xidmətlər göstərən, xalqının mənafeyini düşünən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə xüsusi yer tapan milli liderimiz, güvəndiyimiz , qürur duyduğumuz və arxa bildiyimiz ən böyük azərbaycanlı olmuşdur. 
Ulu öndər Heydər Əliyev dünyanın bənzərsiz, böyük amalları, və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Elə liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitri istedadır, genlərində kodlaşdırılıb, bir sözlə ilahi vergidir. Buna Allahın bəxş etdiyi bir liderlik deyirlər. Heydər Əliyev məhz belə şəxsiyyətlərdən olmuşdur.Onun əsl liderlik xüsusiyyətləri Allahın bir lütfi idi.  
Digər vacib məqam isə səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan miqyasında deyil, həmçinin keçmiş ittifaq səviyyəsində,  hətta Qərb miqyasında sözünün keçəri, çəkisi olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və düzgün təhlillər aparmağı çox yaxşı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cəhətlərdən sayılırdı. O təkcə qurucu rəhbər yox, həm də çağırışlarının çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı ələ almağı ,inandırmağı bacaran bir siyasi xadim idi. Onun mahir psixoloq, insan qəlbinin dərin bilicisi olması , gələcəyi görmək qabiliyyəti başqa rəhbər şəxslərə nisbətən daha güclü idi. Tarixi bəsirət, irəlini görə bilmək nadir bir keyfiyyətdir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara – zəmanəsini xeyli qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti, yüksək intellekti və dünya gerçəkliyinə dərin bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi. 
Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi daha da qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunu artırmağa davam edir.

Mamedova Fəridə YAP-ın üzvü
Geri dön