Ana Sayfa > Özəl > Xalqın nicatı, sədaqətli soydaşı – Ulu Öndər Heydər Əliyev

Xalqın nicatı, sədaqətli soydaşı – Ulu Öndər Heydər Əliyev


12-06-2023, 10:28. Yazar: sevinc1
Xalqın nicatı, sədaqətli soydaşı – Ulu Öndər Heydər Əliyev

1993-cü ilin may-iyun aylarında çətin vəziyyətdə qalan Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbini irəli sürmüş və həmin dövr ərzində rəhbərlik onu müşavirələrin birbaşa yayımla televiziyada yayımlanmasında görə bilərik. Ölkədəki vəziyyət xalqa olduğu kimi çatdırılmış, ictimai-siyasi həyatdakı gərginliklərin qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı.
Bütün hadisələri dövlət əsarət altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi adına 24 iyun tarixli Parlament iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Heydər Əliyevə verilməsin tələb edən qərar qəbul etdi. Ulu öndərin Ali Sovetə etdiyi dövr ərzində parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Bu qüvvəni biz ordu quruculuğu sahəsində alınan mühüm qərarlarda, Şəhid adının əbədiləşdirilməsi və şəhid  ailəsinə  edilən güzəştlər  haqqında”  qanunun qəbul edilməsində bariz olaraq görə bilirik. 4 ay Ali Sovet sədri olsa da, qısa zaman ərzində öz fəaliyyəti ilə Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası  aparmaq tərzi, fikirlərini  dəqiq əsaslandırması, çıxışların  məğzini tutmaq bacarığı, qiymətli  fikirləri  ümumiləşdirmək qabiliyyəti  özlüyündə  parlamentin üzvləri  üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.
Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayamış və bundan sonra da daima yaşamaqda davam edəcək. O öz missiyasının öhdəsindən laiqli səviyyədə gəlmişdir. O qısa müddət ərzində ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olub. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” – sözlərini demiş Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır.
Onun uğurlu siyasəti nəticəsində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yaranmış və uğurlar əldə olunmuşdur. “Qanunun aliliyi” prinsipinin təmin olunması il dövrün prioriteti olmuşdu çünki hərc-mərclik və ölkədə gedən özbaşınalıq bunu tələb edirdi. Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir. Respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir.
O həmişə xalqın dəstəyinə arxalanmış və bütün həyatını xalqa sədaqətli xidmətə həsr etmişdi. Xalq hər zaman dəstəyini ona göstərmiş heç zaman əsirgəməmişdir.

İsmayılova Aygün ,
YAP-ın üzvü


Geri dön