Ana Sayfa > Ölkə / Karusel > Bakıda ana azyaşlı övladları ilə birgə itkin düşüb

Bakıda ana azyaşlı övladları ilə birgə itkin düşüb


9-06-2023, 09:31. Yazar: sevinc1
Bakıda ana azyaşlı övladları ilə birgə itkin düşüb

Bakıda ana azyaşlı övladları ilə birgə itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə iyunun 3-də Sabunçu rayonu “Südçülük sovxozu” ərazisində qeydə alınıb.

Belə ki, Gülgəz Dursun qızı Novruzova azyaşlı övladları - Murad Novruzov və Muraz Novruzov ilə birlikdə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Fakt üzrə araşdırma aparılır.

aia.az
Geri dön