Ana Sayfa > Özəl > Şuşa Bəyannaməsi: Qardaşlığın əbədi simvolu
Şuşa Bəyannaməsi: Qardaşlığın əbədi simvolu8-06-2023, 16:58. Yazar: sevinc1 |
Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın şahidliyi ilə imzalanan, Milli Məclisin fevralın 1-də təsdiqlədiyi Azərbaycan-Türkiyə müttəfiqlik sənədi münasibətlərimizin bundan sonrakı inkişafının aydın mənzərəsini təqdim edir «Şuşa Bəyannaməsinin imzalanması bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırdı. Faktiki olaraq biz Şuşa Bəyannaməsinin imzalanması ilə de-fakto olan münasibətlərimizi de-yure səviyyəsinə qaldırdıq, yəni, müttəfiqlik səviyyəsinə. Onsuz da bu, hər sahədə müttəfiqlik əlaqələri idi. Ancaq biz bunu artıq rəsmiləşdirdik və bu, gələcək fəaliyyət üçün bir yol istiqamətidir. Biz bu yolla gedəcəyik. Gündən-günə möhkəmlənən münasibətlər, artan birgə layihələr və bizim həmrəyliyimiz, qardaşlığımız hesab edirəm ki, bu gün bütün qonşu ölkələr üçün bir örnəkdir" söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd edir ki, əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı. 2020-ci ilin 27 sentyabrından başlanan Vətən müharibəsinin davam etdiyi müddətdə daim Azərbaycanın yanında olduğunu bəyanatları, dəstəyi ilə bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi, qardaş ölkənin dövlət rəsmilərinin ölkəmizlə həmrəylik nümunəsi olan sözləri xalqımıza dəstək idi. 2020-ci ilin dekabr ayının 10-da paytaxtımızda keçirilən Zəfər paradını Azərbaycan Prezidenti İlham Əliyevın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə izləməsi dostluğun əbədi simvolu idi. Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında tarixi missiyanı yerinə yetirdi, ədaləti, ərazi bütövlüyünü bərpa etdi və dünyaya ədalət, beynəlxalq hüquq kimi məfhumların mövcudluğunu çatdırdı. Şuşa Bəyannaməsinin xalqımızın Qurtuluş günündə və tarixi əhəmiyyət daşıyan Qars müqaviləsinin 100 -cü il dönümündə imzalanması heç də adi bir təsadüf deyil.Bu Bəyannamə bütün dünyanın barışmalı olduğu bir gerçəkliyin təzahürüdür.Eyni zamanda Şuşa Bəyannaməsinin imzalanması sərsəmcəsinə revanşist mesajlar verən Ermənistan rəhbərliyinə və onun havadarlarına verilmiş tarixi bir dərs idi.Bununla da səriştəsiz erməni rəhbərlər və onlardan "maşa" kimi istifadə edən region və qeyri-region dövlət başçıları bir daha əmin oldular ki,iki qardaş ölkə arasında vahid hərbi-siyasi mövqe nümayişi var.Ölkələrimizin ərazi bütövlüyünə və suverenliyinə təhdid sayılacaq ən kiçik bir addımda belə Şuşa Bəyannaməsindən irəli gələn müddəalar yerinə yetiriləcəkdir,vahid cəbhədən mövqe nümayiş olunacaqdır. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, həmçinin enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunmuşdur. Eyni zamanda Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Bununla yanaşı tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri Bəyannamədə qeyd olunmuşdur. Bu bir daha göstərir ki, Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |