Ana Sayfa > Seçilənlər-4 > Erotik film çəkmək istəyən azərbaycanlı qız: - “Məni indidən əxlaqsız çıxardılar”
Erotik film çəkmək istəyən azərbaycanlı qız: - “Məni indidən əxlaqsız çıxardılar”27-07-2016, 15:32. Yazar: admin |
Sevinc Şabanova adlı xanım bir müddət əvvəl müsahibədə erotik film çəkmək istədiyini demişdi. Bundan sonra o, bu arzusuna görə sosial şəbəkədə hücumlara məruz qaldı, tənqid edildi, təzyiqlər oldu. Biz də qərara gəldik ki, bu cəsarətli xanımı oxucularımızla yaxından tanış edək. Sevinc Şabanova ilə müsahibəni təqdim edirik. – Sizin haqqınızdakı məlumatı oxudum. Maliyyə İqtisad kollecini bitirmisiniz… – Bəli. – Sonra isə rejissorluğa marağınız yarandı… – Əslində 2012-ci ildə jurnalistikaya qəbul olunmuşdum. Fakültə bağlandı və mən də kollec oxudum. Keçən il bir qız rejissorluğa imtahan verirdi, mənə dedi ki, gəl bir yerdə sənədlərimizi təqdim edək. Mən də imtahan verdim. Ancaq qabiliyyətdən kəsildim. İçimdə bir kin yarandı ki, axı mənim istedadım var, kəsilməli deyildim. Bu il qabiliyyətə təzədən sənədlərimi vermişəm. Görək nə olur… – Marağınız necə yarandı rejissorluğa? – Kitablar oxudum və onları səhnələşdirmək içimdən keçdi. Yəni kino dilində səhnələşdirmək istədim. Əslində maraq uşaqlıqdan var idi məndə. Çünki ailədə də incəsənət adamları olub. – Ata, ana… – Yox, bibim qızı, bibim nəvəsi incəsənət adamıdır. Bibim qızı həm müğənni, həm də aktrisa olub. – Bəlkə tanıyırıq onu… – Adını çəkmək istəmirəm (gülür.) – Sizin soyadınız Şabanovadır. Deyirəm, filmə marağınızda Şaban adının rolu yoxdu ki? Kemal Sunalın canlandırdığı məşhur qəhrəmanın adı. – Yox, heç bir rolu yoxdur. Əslim iranlıdır. İranda Sevinc Şaban idi, bura gələndə “ova” artırıblar. – İranın harasındansınız? – Ərdəbildən. Soyadım ulu babamın adından götürülüb. – Sizin adınız sosial şəbəkələrdə erotik film çəkmək istəyinizdən sonra hallandı… Azərbaycanda hansı erotik filmlərin adını çəkə bilərsiniz? – Elə biri “Təhminə və Zaur”. – Erotik film hesab edirsiniz “Təhminə və Zaur”u? – Dram və erotik film. Azərbaycanda çox azdı erotik film. Axırıncı çəkdikləri Vəfa Zeynalovanın rol aldığı film idi. – “İlahi məxluq”… – Bəli. Amma o da qalmaqala səbəb oldu. Əslində o qədər də erotik deyildi film, yalnız qısa bir səhnə erotik idi. – Vəfa xanıma da ona görə xeyli təzyiqlər gəldi… – Necə ki, mənə də o təzyiqlər gəldi… (gülür.) – Erotik filmi yanlış anlayıb təzyiq edirlər… – Hə, əslində mən hansısa bir kitab üzərindən film çəkməyi düşünürdüm. Məsələn, Murakaminin “Norveç meşəsi”, Koelyonun “On bir dəqiqə” romanları və s. Yəni hər hansı bir kitabı ekranlaşdırmaq istəyirəm. O filmdə də bunların dediyi kimi tam açıq, pornoqrafik heç nə olmayacaq. – Bəs bizim ədəbiyyatda erotik filmə gələcək hansı romanlar var, sizcə? – Bizim ədəbiyyatı çox oxumuram. – Rejissor olmaq istəyən bir xanım öz dilində yazılan bədii əsərləri oxumalıdır axı… – Oxumalıdır, əlbəttə. Məsələn, mən Elçin Səfərlinin əsərlərini oxumuşam. – O da ruscadır… – Bəli. Mən rusdilliyəm. – Azərbaycanca oxuya bilmirsiniz? – Oxuya bilirəm. Ancaq bizim yazarları rusca oxuyuram. Çünki elə mənə daha maraqlı gəlir. – Rusca yazanlar yəni? – Bəli. – Çingiz Abdullayevə münasibətiniz necədir? – Sözün düzü, oxumamışam kitablarını. Amma yaxşıdır münasibətim. – Qayıdaq sizin qalmaqallı açıqlamanıza. Bu erotik film çəkmək istəyiniz bizdəki boşluğa görə idi? – Bizdə bu tip filmlər yoxdur deyə bu fikrə düşdüm. Onu da bu gün yox, 5 il, 10 il, 15 ilə düşünürəm. Bu dəqiqə maliyyə yoxdur. Mən bunu deyəndə elə reaksiya göstərdilər ki, sanki elə bu dəqiqə çəkirəm. Sadəcə bu mənim gələcəkdəki məqsədimdir. – Erotik film çəkmək fikrini harda səsləndirmişdiniz? – “United Color”a bir müsahibə verdim. Orda gələcəkdəki məqsədimi soruşdular, mən də bunu dedim. – Sonradan da bu fikriniz sosial şəbəkələrə yayıldı… – Hə, bu müsahibə bir neçə səhifədə paylaşıldı. Mən orda yazılan rəylərə baxanda, bilmirdim, nə cavab verim. Çəkilmişdim qırağa, deyirdim, qoy nə istəyirlər yazsınlar. Artıq taqətim yox idi onlara cavab verməyə. Nə etmək olar? Təhqir, tənqid… Hər şey yazırdılar. Aləm dəymişdi bir-birinə. – Gələcək istəyinizi deyən kimi sərt reaksiyalarla qarşılaşdınız… – Mən təhqirə də, tənqidə də hazır idim bunu deyəndə. Bir az sıxıntı oldu əvvəldə, ancaq sonra öz-özümə dedim ki, yetər artıq. – Tənqid daha çox oğlanlardan gəlirdi? – Qəribədir, daha çox qızlardan gəldi. – Nə deyirdilər? – Qızlar daha çox deyirdilər ki, bunun ailəsi yoxdurmu. – Sizin özünüzə birbaşa yazan olurdu? – Yazırdılar ki, bəlkə bizi çəkəsən erotik filmə (gülür). Daha çox oğlanlar yazırdı. Bir-iki qız da müraciət eləmişdi ki, bizi də çəkərsən. – Qəribədir… Azərbaycanda erotik filmə çox vaxt aktyorlar razı olmurlar. “Təhminə və Zaur”da da Təhminəni türkiyəli aktrisa Meral Konrat oynamışdı… – Mən onsuz da Azərbaycan aktyorlarını erotik filmə çəkmərəm. Bizimkiləri düşünmürəm heç. İnam yoxdu içimdə. Bizim aktyorlar daha çox komediya roluna uyğun gəlirlər. – Sizdə eqo hiss edirəm… – Bəli, var. Əslində bu son olaylardan sonra yaranıb. – Bu söhbət çıxandan sonra ətrafınızdakı adamların sizə münasibəti dəyişdi? – Çoxu uzaqlaşdı məndən. Müsahibədən sonra qız dostlarım dedi ki, ay bunu niyə belə dedin, niyə belə fikirdəsən, sən qız uşağısan filan. Dedilər, biz səndən danışmayacağıq. Mən də dedim, nə xoş, nə yaxşı, qapı açıqdır, gedə bilərsiniz. O gün də oğlanın biri yazıb ki, mənim səndən zəhləm gedir. Nə müsahibəyə görə, nə də başqa bir şeyə görə. Cavab verdim ki, mən də dünəndən səndən zəhləm gedir(gülür). Amma sizə deyim, dəstək verənlər də oldu, cəsarətli addım kimi qiymətləndirənlər də. Əslində mən o fikri məşhur olmaq üçün deməmişdim. – Asosial birisiniz… – Hə, asosialam. Mənim özüm çox xeyriyyə işləri təşkil etmişəm. Amma heç kimə deməmişəm ki, buna görə məndən müsahibə al. Mən əgər erotik film yerinə, dini film çəkəcəyimi desəydim, deyəcəkdilər, “çuşka”dır. Elmdən film çəkirəm desəydim, deyəcəkdilər, get kitab oxu. Yəni nə desəm, söz tapacaqdılar deməyə (gülür). – Tanış olmaq istəyən oğlanlar da oldu bu erotik film çəkmək istəyindən sonra? – Oldu, özü də saysız-hesabsız. O qədər çox mesaj oldu ki, artıq oxumurdum. – Ən çox yadınızda qalan hansı olub? – Bir oğlan yazmışdı ki, məni erotik filmə çək, özü də sənlə bir yerdə. Yəni ikimiz bir yerdə erotik filmə çəkilək, başqa heç kim çəkilməsin (gülür). – Ailəniz xəbərdar oldu bu söhbətdən? – Oldu. Bir az sərt reaksiya gəldi. Ancaq başa saldım ki, bu sənətdə mən hər şeyi çəkə bilərəm. Biri var, ailənə deyəsən ki, qızın erotika çəkir, biri də var, deyəsən, pornoqrafiya çəkir (gülür). İndi ailəmlə münasibətim yaxşıdı. Qohumlar daha çox tənqid elədilər ki, qız uşağısan, bu nə sözdü, belə də şey deyərlər. Ailəmdən daha çox, qohumlar təzyiq elədi. Mən də dedim ki, bu mənim seçimimdi, filmi mən çəkirəm, orda mən oynamıram ki… – Ancaq bəzən əksinə də olur. Məsələn, Zeki Demirkubuz son filmi “Bulantı”nı çəkəndə erotik səhnələrə çəkiləcək aktyor tapa bilmədiyindən şikayətlənmişdi və belə olanda filmə özü çəkildi. Nə vaxtsa sizdə də eyni analoji hadisə olsa, erotik filmə özünüz çəkilərdiniz? – Azərbaycanda çəkiləcəksə o film, yox əlbəttə. Çünki qohum, ailə var. – Ancaq siz erotik film çəkmək istəyirsiniz və orda rol alanlara normal baxırsınız. Buna da normal baxmalısınız… – Erotik film çəkilməmiş hələ bu qədər təzyiq oldusa, görün özüm çəkilsəm nə olar. Gərək yox olam onda (gülür). – Bəs istəyərdiniz çəkilmək? – Hə, istəyərdim. Amma burda yox. Başqa ölkədə olsa, çəkilərdim. Aktyor yoxdursa, rejissor çəkilməlidir. – Azərbaycan filmi haqqında fikriniz nədir, ümumiyyətlə? – Baxmıram. – Son filmlərə… Məsələn, “Nabat”, “Pərdə”… – “Pərdə”nin adını eşitmişəm, amma baxmamışam. Bilirəm ki, orda da erotik səhnələr var. Çox nadir hallarda baxıram Azərbaycan filmlərinə. Axırıncı dəfə Türkər Azərin çəkdiyi filmə baxmışdım, təsir eləmişdi. Heyf ki, adı yadımdan çıxıb. – Bu dəqiqə əlinizdə maddi vəsait var deyək. Hansı roman əsasında film çəkməyi düşünürsünüz? – Murakaminin “Norveç meşəsi”ni çəkmək istəyirəm. Mənim belə bir film çəkmək sadəcə gələcək planımdı. Ancaq məni indidən əxlaqsız çıxardılar. Hazırda isə qadın şiddəti haqqında qısametrajlı bir film çəkmək istəyirəm. Bu ay müddətində ümid edirəm çəkiləcək. Geri dön |