Ana Sayfa > Karusel / Ölkə > Məhkəmə Ülviyyə Alovlu barəsində hökm çıxardı
Məhkəmə Ülviyyə Alovlu barəsində hökm çıxardı8-06-2023, 09:27. Yazar: sevinc1 |
Binəqədi Rayon Məhkəməsində ictimai fəal Ülviyyə Muradova (Alovlu) ilə bağlı davam edən məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə onun barəsində bəraətverici hökm çıxarıb. Qeyd: Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb. Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub. aia.az Geri dön |