Ana Sayfa > Karusel / Siyasət > Kəmaləddin Heydərov Türkiyənin yeni daxili işlər nazirini təbrik edib
Kəmaləddin Heydərov Türkiyənin yeni daxili işlər nazirini təbrik edib7-06-2023, 17:01. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Ali Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məktubda A.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib. aia.az Geri dön |