Ana Sayfa > Özəl / Təhsil > Saatlı Peşə Liseyində " Məqsədində Sən" proqramı müvəfəqiyyətlə yekunlaşıb

Saatlı Peşə Liseyində " Məqsədində Sən" proqramı müvəfəqiyyətlə yekunlaşıb


7-06-2023, 11:40. Yazar: sevinc1
Saatlı Peşə Liseyində " Məqsədində Sən" proqramı müvəfəqiyyətlə yekunlaşıb

AİA.Az xəbər verir ki, Saatlı Peşə Liseyində may ayından həyata keçirilən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə, T- Network, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqlarının tərəfdaşlığı əsasında Liseyin gənc müəllimi Hacıbabazadə Sübhan Müslüm oğlunun layihələşdirdiyi " Məqsədində Sən" proqramı müvəfəqiyyətlə yekunlaşıb. Liseyin direktoru Qalib Mirzəyev layihədə nitq söyləyərək tədbiri davam etdirdi və sonra sözü layihə rəhbəri Sübhan Hacıbabazadəyə verdi. Liseyin uğurlu anlarından biri də təşkilatçı Sübhan Hacıbabazadənin rayon məktəbindən istedadlı müəllimin və onun şagirdlərinin layihəyə dəvət etməsi oldu. Layihədə iştirak edən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Saatlı rayonu Müşfiq Muradov adına 1 nömrəli ümumi orta məktəbin Fizika müəllimi, " Fərq yaradan müəllim" layihəsinin qalibi, "Yaradıcı müəllim" layihəsinin iştirakçısı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü Aytac Məmmədova öz dəyərli fikirlərini, tələbələrin gələcək həyatda necə uğur qazanmaları haqqında öz fikirlərini bölüşmüşdür. Bununla yanaşı Liseyin uğurlu tələbələrindən "Dayə" ixtisası üzrə təhsil alan D-220 qrupun tələbəsi Nəsirova Yetər, Mahmudova Nərgiz və "Heyvandarlıq mütəxəssisi" ixtisası üzrə təhsil alan HM-218 qrupun şagirdi Əbilova Bahar tələbələrə necə uğur qazanmağın sirlərini bölüşdülər. Sonda Liseyin direktoru Qalib Mirzəyev layihənin həyata keçirilməsinə öz dərin minnətdarlığını bildirib və layihədə iştirak edən Müşfiq Muradov adına ümumi orta məktəbin müəllim və şagirdlərinə, eləcə də, həmin məktəbin uğurlu müəllimə sahib olmasına görə həmin məktəbin rəhbərinə təşəkkür edərək onlara uğurlar arzu etdi. Bildiririk ki, tədris ilinin sonu ilə bağlı layihənin növbəti tədris illərində də davamlı şəkildə həyata keçirilməsi planlaşdırılıb.
Geri dön