Ana Sayfa > Gündəm / Özəl > Yeni Azərbaycan Partiyası ölkəmizi parlaq gələcəyə daşımağa qadir partiyadır

Yeni Azərbaycan Partiyası ölkəmizi parlaq gələcəyə daşımağa qadir partiyadır


7-06-2023, 11:10. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyası ölkəmizi parlaq gələcəyə daşımağa qadir partiyadır

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirib.

Görüşü giriş nitqi ilə açan YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov bildirib ki, qüdrətli dövlət naminə üzərinə düşən missiyanı “Biz birlikdə güclüyük!” çağırışı ilə şərəf və ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası 800 minə yaxın üzvü olan böyük gücə çevrilib. Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi, xalqın daim dəstəklədiyi partiya 30 illik tarixi dövründə öz fəaliyyəti ilə sübut edib ki, yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Aqil Bəhramlı, Svetlana Hüseynova, Elçin Axundov çıxış edərək, bu gün müstəqil Azərbaycanın davamlı və nəhəng uğurlara imza atmasında Yeni Azərbaycan Partiyasının öz payı olduğunu vurğulayıblar. Qeyd edilib ki, Ulu Öndərin siyasi mirası olan Yeni Azərbaycan Partiyası artıq partiyanın Sədri cənab İlham Əliyevin dediyi kimi, Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə, qalib xalqımızın zəfər partiyasına çevrilib.

Sonda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov ərazi partiya təşkilatlarına tapşırıq və tövsiyələr verib, partiya fəallarını daha da fəal olmağa çağırıb.
Geri dön