Ana Sayfa > Özəl > Xızı rayonunda “İnsan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirildi

Xızı rayonunda “İnsan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirildi


6-06-2023, 18:10. Yazar: sevinc1
Xızı rayonunda “İnsan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirildi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmiş və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il 18 iyun tarixi ölkəmizdə “İnsan Hüquqları Günü”  kimi qeyd edilir.

AİA.Az-ın bölgə müxbiri xəbər verir ki, Bununla əlaqədar 06 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Xızı Rayon Polis Şöbəsinin və Abşeron – Xızı Regional Təhsil İdarəsinin iştirakı ilə  Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin yuxarı sinif şagirdləri ilə “İnsan hüquqları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə insan hüquq və azadlıqları, hüquqpozmalar və onlardan müdafiə üsullarına dair geniş məruzələr dinlənilmiş, maarifləndirici video-slayd nümayiş etdirilmiş və tədbir iştirakçıları ilə söhbət-disputlar aparılmışdır.
AİA.Az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov
Geri dön