Ana Sayfa > Özəl > “Addım at – Take a step” layihəsinin regionlarda icrasına başlanılıb

“Addım at – Take a step” layihəsinin regionlarda icrasına başlanılıb


5-06-2023, 14:15. Yazar: sevinc1
“Addım at – Take a step” layihəsinin regionlarda icrasına başlanılıb

Gənclərin karyera quruculuğu və sosial bacarıqlarının artırılmasını hədəfləyən “Take a step” layihəsi ilk olaraq Sabirabad rayonunda həyata keçirilib.
23-26 may tarixlərində Sabirabad gəncləri karyera planlaması, cəmiyyətdə aktiv iştirakçılığın formaları, insan hüquqları, ölkədə mövcud olan təcrübə imkanları və bu kimi sessiyalarda iştirak edərək, yeni biliklər qazanıb, sosiallaşma imkanı əldə ediblər.
Qeyri-formal metodlarla keçirilən 4 günlük layihədə gənclər üçün “TRAYAZE” layihəsində iştirak etmiş təlimçilər - Aydan Ağayeva, Cəsur Mədətzadə və Rafət Şirəliyev tərəfindən “Gənclərin aktiv iştirakçılığı”, “RMSOS modeli”, “İştirakçılığın növləri“, Münaqişə həllinin 5 üsulu", "Ünsiyyət formaları", "Məqsədlərin müəyyən edilməsi üsulları", "SMART məqsədlər", “Əmək hüquqları", "Gənclərlə iş sahəsində mövcud imkanlar", "İxtisas seçiminə təsir edən amillər" mövzularında nəzəri və praktiki sessiyalar keçirilib, müxtəlif fərqli oyunlar, simulyasiyalar vasitəsilə gənclərin mövzulara baxışı öyrənilib, qruplar üzrə tapşırıqlar icra olunub.  
Layihənin sonuncu günü iştirakçılar “İnsan hüquqları bəyannaməsi" ilə bağlı məlumatlar əldə edib. Daha sonra “Əmək bazarı” ilə bağlı praktiki tapşırıqlar baş tutub.
Qeyd edək ki, “Take a step” layihəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Avropa Şurası Gənclər Departamentinin tərəfdaşlığı, “Sabirabad Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı ilə baş tutub və ölkənin müxtəlif şəhər və rayonlarında davam etdirilməsi planlaşdırılır.
Geri dön