Ana Sayfa > Özəl > 100 il əvvəl nəsli kəsilmiş kəpənək növləri yenidən peyda olub
100 il əvvəl nəsli kəsilmiş kəpənək növləri yenidən peyda olub5-06-2023, 13:32. Yazar: sevinc1 |
Qara damarlı ağ kəpənəklər 100 il əvvəl İngiltərədə nəsli kəsilməkdə olan növlər siyahısına əlavə edilib. Lakin bu nadir kəpənək növünə indi yenidən London yaxınlığındakı çəmənliklərdə rast gəlmək olar. AİA.Az xəbər verir ki, BBC-nin veteran təhlükəsizlik müxbiri və təbiət müşahidəçisi Frank Qardner bu kəpənək növünün yenidən ortaya çıxmasını “sirli bir inkişaf” kimi təsvir edir. Qara damarlı kəpənəklər Londonun cənub-şərqindəki çəmənliklərdə və kolluq ərazilərdə az sayda görünməyə başlayıb. Qeyri-mütəxəssislər bu növü yay aylarında çox rast gəlinən kələm kəpənəyi ilə asanlıqla qarışdıra bilərlər. Ancaq uzun illərdir ki, İngiltərədə heç kim qara damarlı ağ kəpənəklərə rast gəlməyib. Bu növ ilk dəfə 1660-1685-ci illərdə hökmranlıq edən Kral II Çarlzın dövründə İngiltərədə növlər sırasına daxil edilmişdir. 1925-ci ildə onun ölkədə mövcudluğunun rəsmən sona çatdığı müəyyən edilmişdir. Bu yaxınlarda bu kəpənək növü Londonun kənarında, sevimli yaşayış yeri olan yemişan və gavalı ağaclarının ətrafında müşahidə olunur. Adından da göründüyü kimi, bu növün nümayəndələrinin qanadlarında fərqli qara damarlar var. İngiltərədəki kəpənək növlərini və populyasiyalarını izləyən Kəpənək Qoruma Fondu bu kəpənək növünün yenidən təbiətə buraxılmış ola biləcəyini bildirir. Lakin bunun kim tərəfindən və nə üçün edildiyi məlum deyil. Vəqf əlavə edir ki, növün yenidən ortaya çıxması müsbət qarşılansa da, bu nəsli kəsilmiş bir canlının özbaşına yenidən peyda olacağı anlamına gəlmir. AİA.Az Sübhan Məmmədov Geri dön |