Ana Sayfa > Dünya > "Türkiyə yüz ili"nin kabinetinin ilk iclası bu tarixdə olacaq
"Türkiyə yüz ili"nin kabinetinin ilk iclası bu tarixdə olacaq5-06-2023, 10:40. Yazar: sevinc1 |
Xəbər verdiyimiz kimi, Prezident Rəcəb Tayyib Ərdoğan yeni kabinetin tərkibini açıqlayıb. aia.az Türkiyə mətbuatına istinadla xəbər verir kii, nazirlər bu gün təhvil-təslim işini başa vuracaqlar. Sabah isə Nazirlər Kabinetinin ilk iclası keçiriləcək. Prezident Ərdoğan sabah yeni nazirlərlə görüşəcək. Nazirlər Kabinetinin ilk iclasında yeni dövrün yeni yol xəritəsinin, xüsusilə iqtisadiyyat və terrorizmlə mübarizənin müzakirə ediləcəyi gözlənilir. Bakıvaxtı.az yeni kabinetin tərkibini bir daha xatırladır: Vitse-prezident - Cevdet Yılmaz Ədliyyə naziri - Yılmaz Tunç Ailə və sosial xidmətlər naziri - Mahinur Özdemir Göktaş Əmək və sosial müdafiə naziri: - Vedat Işıkhan Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri - Mehmet Özhaseki Xarici işlər naziri - Hakan Fidan Enerji və təbii sərvətlər naziri - Alparslan Bayraktar Gənclər və idman naziri - Osman Aşkın Bak Xəzinə və maliyyə naziri - Mehmet Şimşək Daxili işlər naziri - Əli Yerlikaya Mədəniyyət və turizm naziri - Mehmet Nuri Ersoy Milli təhsil naziri - Yusuf Tekin Milli müdafiə naziri - Yaşar Gülər Səhiyyə naziri -Fahrettin Koca Sənaye və texnologiya naziri - Mehmet Fatih Kaçır Kənd təsərrüfatı və meşə təsərrüfatı naziri - İbrahim Yumaklı Ticarət naziri - Ömer Bolat Nəqliyyat və infrastruktur naziri - Abdulkadir Uraloğlu. aia.az Geri dön |