Ana Sayfa > İqtisadiyyat > Azərbaycan “OPEC plus”un xam neft hasilatının yeni səviyyəsi ilə bağlı qərarını dəstəkləyib

Azərbaycan “OPEC plus”un xam neft hasilatının yeni səviyyəsi ilə bağlı qərarını dəstəkləyib


4-06-2023, 21:18. Yazar: sevinc1
Azərbaycan “OPEC plus”un xam neft hasilatının yeni səviyyəsi ilə bağlı qərarını dəstəkləyib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub. Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı “OPEC plus” üzrə 40,46 milyon barrel, Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilib.
“OPEC plus”un yeni qərarını şərh edən energetika naziri Pərviz Şahbazov bildirib ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır. “Hesab edirəm ki, OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək.”
“OPEC plus”un növbəti görüşü 2023-cü ilin 26 noyabr tarixinə təyin edilib.
Geri dön