Ana Sayfa > Karusel / İqtisadiyyat > Bu şəxslərə birdəfəlik ödəmələrin verilməsinə başlanıldı

Bu şəxslərə birdəfəlik ödəmələrin verilməsinə başlanıldı


2-06-2023, 12:18. Yazar: sevinc1
Bu şəxslərə birdəfəlik ödəmələrin verilməsinə başlanıldı

İşğaldan azad olunmuş ərazilərdə çalışan mütəxəssislərə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.

aia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, bu ayın sonunda statistik məlumatlar açıqlanacaq.

Qeyd edək ki, həmin şəxslərə ödənilən birdəfəlik ödənişin məbləği 600 manatdır.

İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislər üçün dəstək tədbirləri

- Birdəfəlik müavinət (600 manat)

- Aylıq vəzifə maaşına əlavə

- Hər il 5 gün əlavə məzuniyyət

Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərimizdə əmək müqaviləsi əsasında işləyən işçilər aiddir.

aia.az
Geri dön