Ana Sayfa > Özəl / Təhsil > Polimer Materialları İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb

Polimer Materialları İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb


2-06-2023, 12:14. Yazar: sevinc1
Polimer Materialları İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda AMEA prezidentinin 12 may 2023-cü il tarixli 91 nömrəli “AMEA-nın magistrantları üçün yay imtahan sessiyasının keçirilməsi haqqında” Sərəncamına əsasən magistrantların yay imtahan sessiyası başlayıb. 02 iyun 2023-cü il tarixində institutun “Yüksək molekullu birləşmələr kimyası” ixtisası üzrə təhsil alan I kurs magistrtanları – Mustafayeva Nübar İlham qızı, Aslanova Vəfa Xəyyam qızı və Əliquliyeva Qönçə İlham qızı “Kimya sənayesi və iqtisadiyyatı” fənni üzrə imtahan veriblər. İmtahanı fənni tədris edən kimya üzrə fəlsəfə doktoru, dosent Tahir Alxazov götürüb. Təlimatlara uyğun həyata keçirilən imtahan müvəffəqiyyətlə başa çatıb.
Qeyd edək ki, institut rəhbərinin əmrinə əsasən tərtib olunan qrafikə uyğun olaraq 08, 16 və 22 iyun tarixlərində “Monomer kimyası” və “Polimerlərin sintezi və tədqiqi” və “Kompozisiya materiallarının kimyası” fənnləri üzrə imtahanların keçirilməsi nəzərdə tutulur.
Geri dön