Ana Sayfa > Özəl > Niyazi Bayramovun Hacıkənd qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib
Niyazi Bayramovun Hacıkənd qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib2-06-2023, 09:19. Yazar: sevinc1 |
Gəncə şəhər İcra Hakmiyyətinin başçısı Niyazi Bayramovun Hacıkənd qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüşü keçirilib. aia.az xəbər verir ki, “Nizami Gəncəvi – sələflər və xələflər” parkında keçirilən görüş-qəbulda icra hakimiyyəti aparatının, bələdiyyələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi şəkildə keçirilən bu cür görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır. Şəhər rəhbəri ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda dövlət başçısı İlham Əliyevin bölgəyə göstərdiyi xüsusi diqqət və qayğıdan, aparılan tikinti-quruculuq və abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Sonra qəsəbə sakinlərinin müraciətləri dinlənilib və problemlərin müvafiq həll yolları araşdırılıb. Müraciətlər arasında işlə təminat, maddi yardım, torpaq sahəsinin ayrılması, internet xəttinin çəkilməsi kimi məsələlər üstünlük təşkil edib. Səsləndirilən bir sıra müraciətlərin yerinə yetirilməsi ilə bağlı göstəriş verilib. Digər problemlər mərhələli şəkildə həll olunması məqsədilə nəzarətə götürülüb. Qəsəbə sakinləri Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində görülən işlərdən razılıqlarını bildirərək, ölkə başçısına təşəkkürlərini ifadə ediblər. Azər Tağızadə Geri dön |