Ana Sayfa > Özəl > 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür1-06-2023, 19:05. Yazar: sevinc1 |
Uşaqlar bizim gələcəyimizdir, uşaqlar bu ölkənin, bu Vətənin gələcəyidir. Buna görə də bu günün uşaqlarını vətənpərvər ruhda, millət və dövlət sevgisi ilə və ən əsası imanlı yetişdirmək hamımızın, bütün cəmiyyətin borcudur. İnanıram ki, bu günün uşaqları sabah, bizdən sonra Azərbaycanın inkişafı üçün, ölkəmizin dünyada nüfuzunun artması üçün bizlərdən daha böyük əzm və fədakrlıqla çalışacaqlar. Uca Allahın buyurduğu yolla gedərək, hər zaman ölkənin və xalqın mənafelərinə xidmət edəcəklər. Bu gün isə onlar hələ uşaq olaraq, bizim həyatımız və övladlarımızdır. Mən Azərbaycan Qol Güləşi Federasiyasının bütün idmançıları, üzvləri və əməkdaşları adından, şəxsən öz adımdan bütün balalarımızı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ürəkdən təbrik edirəm, onlara firavan həyat, can sağlığı və gələcəkdə Vətənimiz naminə görəcəkləri bütün işlərində uğurlar diləyirəm! Dünya Armrestlinq Federasiyasının prezidentinin müşaviri, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov Geri dön |