Ana Sayfa > Özəl > Gəncədə icra başçısı şəhid və qazi övladlarını təbrik edib
Gəncədə icra başçısı şəhid və qazi övladlarını təbrik edib1-06-2023, 18:30. Yazar: sevinc1 |
Gəncə şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı, “Gəncland” Ailəvi-istirahət Kompleksinin dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib. AİA.Az xəbər verir ki, görüşdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər, onların övladları iştirak ediblər. Niyazi Bayramov şəhid övladlarını 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb. İcra başçısı bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırıb, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirib, müxtəlif beynəlxalq konvensiyalara qoşulub, müvafiq fərman və sərəncamlar imzalayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub. Şəhid və qazi ailələri göstərilən hərtərəfli qayğı və diqqətə görə ölkə başçısı İlham Əliyevə və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonra uşaqlar üçün əyləncəli-musiqili proqram nümayiş olunub, hədiyyələr təqdim edilib. Azər Tağızadə Geri dön |