Ana Sayfa > Özəl > Polimer Materialları İnstitutunun əməkdaşlarının iki məqaləsi Polymer Science, Series D jurnalında dərc olunub
Polimer Materialları İnstitutunun əməkdaşlarının iki məqaləsi Polymer Science, Series D jurnalında dərc olunub1-06-2023, 16:09. Yazar: sevinc1 |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun həmmüəllifi olduğu iki məqalə Polymer Science, Series D jurnalının 2023-cü il, 16-cı cild, 1-ci nömrəsində dərc olunub: “Adhesion Properties of Metal-Filled Functionalized Polypropylene-Based Nanocomposites” (müəlliflər: N. T. Kakhramanov, Kh. V. Allahverdiyeva, F. A. Mustafayeva, N. S. Koseva, M. I. Abdullin) və “Physical and Mechanical Properties of Filled Nanocomposites Based on Thermoplastic Copolymers of Ethylene with α-Olefins” (müəlliflər: Kh. V. Allahverdieva, N. T. Kakhramanov, R. Sh. Gadzhieva, A. A. Shukyurova). “Adhesion Properties of Metal-Filled Functionalized Polypropylene-Based Nanocomposites” (https://doi.org/10.1134/S1995421223010124) (Metalla dordurulmuş funksionallaşdırılmış polipropilen əsaslı nanokompozitlərin adgeziya xüsusiyyətləri) adlı məqalədə müəlliflər tərəfindən doldurucu (alüminium, mis) miqdarının və kompatibilizator növünün polipropilen əsaslı nanokompozitlərin aşınmaya qarşı müqavimətinə təsiri nəzərdən keçirilib. “Physical and Mechanical Properties of Filled Nanocomposites Based on Thermoplastic Copolymers of Ethylene with α-Olefins.” (https://doi.org/10.1134/S1995421223010033) (Etilen ( α-olefinlər termoplastik birgəpolimerləri əsasında olan doldurulmuş nanokompozitlərin fiziki-mexaniki xassələri) adlı məqalədə isə nanoölçülü müxtəlif növ doldurucuların (sink stearat, alüminium, texniki karbon) miqdarının etilenin α-olefinlərlə birgəpolimerləri əsasında hazırlanan nanokompozitlərin fiziki-mexaniki xassələrinə təsirinin tədqiqi nəticələri təqdim olunub. Qeyd edək ki, SCOPUS, Chemical Abstracts Service (CAS), Japanese Science and Technology Agency (JST), Google Scholar və s. beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnal 0.60 impakt faktora malikdir və Q3 kateqoriyasındadır. Geri dön |