Ana Sayfa > Karusel / Özəl / Dünya > Latviyanın yeni prezidenti Edqars Rinkeviç oldu

Latviyanın yeni prezidenti Edqars Rinkeviç oldu


31-05-2023, 19:00. Yazar: sevinc1
Latviyanın yeni prezidenti  Edqars Rinkeviç oldu

Latviya Seymi tərəfindən seçilən ölkənin Xarici İşlər Nazirliyinin hazırkı rəhbəri Edqars Rinkeviç tələb olunan minimum 51 səsi qazanaraq Latviyanın yeni prezidenti olub.

Onun namizədliyini 52 deputat dəstəkləyib.

Məlumata görə, Latviyanın yeni prezidenti Rusiyanın fəal tənqidçisidir və Ukrayna hakimiyyətini aktiv şəkildə dəstəkləyir.

Rinkeviçdən başqa prezident seçkilərində daha iki namizədi iştirak edib: İş adamı Uldis Pilens və hüquqşünas Elina Pinto.

Hazırkı prezident Egils Levits öz namizədliyini irəli sürməyib.
Geri dön