Ana Sayfa > Özəl > Bugünkü reallığın memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir

Bugünkü reallığın memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir


31-05-2023, 09:54. Yazar: sevinc1
Bugünkü reallığın memarı müzəffər Ali Baş Komandan İlham Əliyevdir

Dövlət başçısının mayın 27 və 28-də səfərdə olduğu Kəlbəcər, Laçın rayonları Ermənistan üçün alınmaz qala, keçilməz sədd hesab edilsə də Prezident İlham Əliyevin müdrük siyasəti, ağıllı manevrləri, düzgün strategiyası və nəhayət dönməz qətiyyəti nəticəsində Azərbaycan bir güllə belə atmadan Ağdam da daxil olmaqla bu iki böyük rayonu Ermənistandan geri almağı bacardı. Yerli və xarici bütün siyasi-hərbi ekspertlərin rəyinə nəzər salsaq aydın görərik ki, bu iki rayonların işğaldan azad olunması üçün müharibə davam edəcəyi təqdirdə hər iki tərəf daha çox şəhid verəcəkdi. Lakin İlham Əliyev amili bütün bu qanlı-qadalı hadisələrin önünə keçdi və Azərbaycan heç bir itki vermədən qanunsuz erməni silahlılarını Kəlbəcər və Laçından çıxarmağa müyəssər oldu. Mayın 28-də Azərbaycan üçün tarixi gündə isə 20 ailə laçına qaytarıldı. Bu qayıdışın məhz 28 mayda reallaşması da özündə çox dərin məna daşıyır. Ölkənin başçısı cənab İlham Əliyev bu möhtəşəm günü Laçında, doğma yurd-yuvalarına qayıdan, el-oba həsrətini 30 il sinələrində gəzdirmək məcburiyyətində qalan insanlarla birlikdə qeyd etdi. Laçın sakinləri ilə görüş zamanı Ermənistanın, sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün beş rayonu qaytarmağa hazır olduqları, Laçın və Kəlbəcərin isə onların əlində həmişəlik qalması ilə bağlı təklif irəli sürdüyünü xatırladan dövlətimizin başçısı qeyd edib: "Biz isə heç vaxt bununla razılaşa bilməzdik. Mən hər zaman deyirdim ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Bu gün müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuq. Biz düşməni döyüş meydanında məğlub etmişik".
Hər çıxışında Qarabağın azad olunmasında fədakarlıq göstərmiş igid oğullarımızın qəhrəmanlığından qürur hissi ilə bəjs edən cənab prezident bu gün də bu qürurlu anları bizlərə yaşadan şəhidlərimizin, qazilərimizin Ali Baş Komandanı olduğu Ordunun əsgərlərini, zabitlərini yad edib: "Gözəl gənc nəsil yetişdirdik - vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər", - söyləyən dövlətimizin başçısı onu da qeyd edib ki, Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə də gedirdilər.”
Bugünkü reallıqlar da bu mübarizə əsasında formalaşıb. Cənab Prezidentin həyata keçirdiyi daxili və xarici siyasət, dünyaya Azərbaycan həqiqətlərini çatdırmaq, iqtisadiyyatı inkişaf etdirmək, ordu quruculuğunu ardıcıl şəkildə başa çatdırmaq müəyyən vaxt aparsa da nəticə istənilən kimi oldu. Haqq işi uğrunda aparılan mübarizənin yekunu budur ki, Ermənistan o acı məğlubiyyətin ağrılarını, yaralarını hələ də sağalda bilmir. Nikol Paşinyanın rəhbəri olduğu Ermənistan bir şeyi asnlamalıdır ki, destruktivlikdən əl çəkməzsə, 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirməzsə, yenidən hamilərinin sözü ilə revanş abu-havasına düşərək Azərbaycana qarşı hər hansı bir təxribat cəhdlərini davam etdirərsə, daha ağır nəticə ilə üzləşə bilər. Bunun üçün indi Azərbaycanın siyasi və hərbi gücü daha çoxdur, daha effektivdir. Lakin biz sülh istəyirik, müharibə ritorikası bizə yaddır. Hələ bir neçə gün bundan əvvəl dövlətimizin başçısı bu mövqeni Moskva görüşündə də bir daha səsləndirdi. Əslində sülh sazişi gündəliyinə daxil olan məsələlərin böyük əksəriyyətinin tərəflər arasında razılaşdırıldığı artıq hər kəsə məlumdur. Ermənistan geridə qalan müddətdə nə qədər çalışsa da ki, Azərbaycanın 5 maddəlik sülh gündəliyinə daxil olan müddəalara qarşı çıxaraq sənədin razılaşdırılmasına ciddi maneə yaratsın, amma rəsmi Bakının diplomatik pressinqi öz bəhrəsini verdi. Bu gün sülhün astanasında olsaq da, Ermənistan siyasi rəhbərliyi sanki hansısa bir tarixi gözləyirmi kimi, prosesləri bizim üçün hələlik qeyri-müəyyən olan tarixə kimi dondurmaq niyyətyini yenidən gizlədə bilmir. Lakin onlar çox ciddi şəkildə yanılırlar. Çünki qarşılarında mahir diplomat, qalib sərkərdə var.
Cənab Prezident “İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan-Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, bizim dediyimizi onlar da təkrarlasın. Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır! “ deyərək bu reallıqları onlara bir daha xatırlatdı. İndi ermənilər baş nazir səviyyəsində bunu deyirlər, daha doğrusu demək məcburiyyətindədirlər. Lakin hələ də havadar axtarışı xəstəliyindən yaxa qurtara bilmədiklərindən məsləni uzatmağa çalışırlar,
Azərbaycan isə azad olunmuş trorpaqlara yeni həyat vermək üçün fərqli bir yol tutub. Bütün güc Qarabağın bərpasına yönəldilib. Ölkə başçısı bu prosesi şəxsən izləyir və rəhbərlik edir, həm də şövqlə, sevinclə dilə gətirir6 “İndi isə qurub-yaratmaq vaxtıdır. Bir daha demək istəyirəm ki, bugünkü Laçın şəhərinin siması, - halbuki qeyd edirəm, bu, sadəcə olaraq, birinci mərhələdir, - göstərir ki, biz qurub-yaradan xalqıq və göstərir ki, bu torpaq bizimdir. Bu, həmişə bizim torpaq olub. Sadəcə olaraq, mənfur düşmən öz xarici havadarları ilə birlikdə bizim zəifliyimizdən istifadə edib, hakimiyyətsizlikdən istifadə edib bu torpaqları zəbt etmişdi və burada əbədi yaşamaq istəyirdi.”
Azərbaycanın öz ərazilərində suveren hüquqlarını həyata keçirməsini həzm edə bilməyən ermənilər və onların ağaları hər vasitə ilə sərhəd-buraxılış məntəqəsinin ləğvini tələb etsələr də Azərbaycan Prezidentinin qətiyyətini hesablaya bilməmişdilər. Nəticə isə göz qabağındadır. Cənab İlham Əliyev bu məsləyə də aydınlıq gətirərək erməniləri xam xəyallardan ayılmağa dəvət etdi: “Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır.”
Cənab Preident çıxışının sonunda vaxtilə məcburi köçkünlərlə olan söhbətini xatırladaraq o günkü inamın, qətiyyətin bu gün real tarixi fakta çevrildiyini dilə gətirdi: “Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni, 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax, belə də oldu. Ona görə sizin üçün və sizin kimi keçmiş köçkünlər üçün şərait ən yaxşı olmalıdır, ən gözəl olmalıdır ki, siz uzun əzablı illərdən sonra burada rahat yaşayasınız. Biz çalışacağıq ki, bunu bundan sonra da təmin edək.”
Bu günün reallığı budur. Bu reallığı yaradan, diqtə edən və həyata keçirən müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xaqlıdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir təşkilatının sədri

Geri dön